• cümə axşamı, 28 mart, 14:44
  • Baku Bakı 16°C

Tərcüməçi Sabir Mustafayev vəfat edib

12.03.20 15:22 2005
Tərcüməçi Sabir Mustafayev vəfat edib
Şair, tərcüməçi Sabir Mustafayev 81 yaşında vəfat edib.
Bu barədəAPA-ya onun oğlu Səbuhi Mustafayev məlumat verib. Onun sözlərinə görə, S.Musatafyev dünən gecə ürəktutmasından vəfat edib.
Mərhum bu gün Pirşağı qəsəbəsində torpağa tapşırılacaq.
Qeyd edək ki, Sabir Mustafa 1939-cu il 22 iyunda Qərbi Azərbaycanın Dərəçiçək mahalının Təkəli kəndində anadan olub. 1948-ci ildə ailəsi ilə birlikdə Saatlı rayonuna deportasiya edilib, daha sonra Qazaxda məskunlaşıb.
1959-cu ildə Azərbaycan Pedaqoji Dillər İnstitutunu bitirib. "Azərnəşr”də, "Yazıçı” nəşriyyatında bədii ədəbiyyat üzrə redaktor kimi fəaliyyət göstərib, 1992-ci ildən Azərbaycan Dillər Universitetinin Tərcümə fakültəsində tədrislə məşğul olub.
Şekspirin "Romeo və Cülyetta", "Otello", "Hamlet", "Kral Lir", "Maqbet" və sair əsərlərini ingilis dilindən tərcümə edib. V. Şekspirin "Sonetləri" (1980, 1992), "Pyeslər"i (1989) tərcümələri də kitab halında çap olunub.
Frank Baumanın "Öz ölkəsinin möcüzələri", "Uzaq ellərdən doğma nəğmələr" kitablarının tərcüməsi də S. Mustafayevə aiddir. Bundan başqa o, ingilis dilinin folklorundan, şifahi, klassik ədəbiyyatından nümunələr də tərcümə edib.
"Daha uşaq deyiləm" (1973), "Hədiyyə" (1982), "Məhəbbət ölmür" (1986), "Mən bu elin oğluyam" (1989), "Mənim taleyim" (1991) və sair şeir kitabları işıq üzü görüb. Onun bədii yaradıcılığının zirvəsi isə "Türk sonetləri”dir, bu kitaba 263 sonet daxil edilib.
Allah rəhmət eləsin!
banner

Oxşar Xəbərlər