• şənbə, 20 Aprel, 06:21
  • Baku Bakı 14°C

Təranə Mahmudova və Fatimə Fətəliyeva "Retro Bakı" layihəsində - Fotolar

22.08.16 16:23 1529
Təranə Mahmudova və Fatimə Fətəliyeva "Retro Bakı" layihəsində - Fotolar
Bakı Şəhər Mədəniyyət və Turizm Baş İdarəsinin "Retro Bakı” layihəsi çərçivəsində Mədəni tədbirlərin təşkili və yaradıcı gənclərlə iş üzrə mərkəzin təşkilatçılığı ilə konsertlər davam edir.

Bu barədə Trend-ə idarədən məlumat verilib.

Bu həftə keçirilən konsertlərdə tanınmış müğənni Təranə Mahmudova, rəqqasə Fatimə Fətəliyeva, gənc müğənnilər Nofəl Aslanov, Mircabbar Mirbabayev, Günel İlqarlı, Rasim Əsgərəliyev, Aynur Əliyevə, Nigar Süleymanova, Səbinə İsmayılova, Rus folklor ansamblı, "Xan” və "Banu” rəqs qrupları maraqlı çıxışlarını təqdim ediblər.

İki saat ərzində paytaxtımızın sakinləri və şəhərimizin qonaqları milli və dünya inciləri ilə zəngin rəqslərə tamaşa edib və rəngarəng musiqi nömrələrini dinləyiblər.

Qeyd edək ki, layihə tədbirləri oktyabrın ortalarınadək davam edəcək.













banner

Oxşar Xəbərlər