• cümə, 29 Mart, 16:06
  • Baku Bakı 14°C

Təqaüdçü diplomatın sayıqlamaları

05.09.13 08:56 1551
Təqaüdçü diplomatın sayıqlamaları
Son günlər Qərbin, eləcə də ABŞ-ın bir sıra dairələri Azərbaycandakı seçkiqabağı mühitdən qərəzli şəkildə istifadə edərək, qeyri-ciddi və heç bir arqumentlərə əsaslanmayan hesabatlar, bəyanatlar yaymaqdadırlar. Belə ki, ABŞ və Aİ-nin Avropa ölkələrində dörd keçmiş səfiri “Nyu-York Times”da dərc etdirdikləri məqalədə Qərbi Cənubi Qafqazda və xüsusən Azərbaycanda azadlıqdan imtina olunanların adından danışmağa çağırış ediblər. Xatırladaq ki, ABŞ-ın keçmiş dövlət katibinin köməkçisinin müavini və Bakıda keçmiş səfiri (1994-1997) Riçard Kozlariç, ABŞ-ın Gürcüstanda keçmiş səfirləri Uilyam Kortni və Kennet Yalovits, habelə Avropa Komissiyasının Gürcüstanda keçmiş səfiri Denis Korboy Qərbin “islahatlar və azadlıq uğrunda çıxış edənlərin inamını qoruyub saxlamalı olduğu haqqında” qərəzli fikir bildiriblər.
Kozlariçi danışdıran puldur!
Lakin onu da qeyd edək ki, keçmiş səfirlərin heç bir reallığa əsaslanmayan məqalələrlə çıxış etməsinə nəyin səbəb olduğu haqqında suala cavabda Kozlariç deyib ki, onların regionda peşəkar və şəxsi maraqları ortaqdır. Guya ölkədə insan haqlarının pozulduğunu iddia edən eks-səfir bir az da irəliyə gedərək siyasi həyasızlığını aşkar şəkildə biruzə edib: “Azərbaycana gəlincə, mən azərbaycanlıların insan hüquqlarından məhrum olmasına, onların və ailələrinin fikri ifadəyə görə təqiblərə məruz qalmasına qəzəblənirəm. Hakimiyyətin davranışı yolverilməzdir və Qərb bu vəziyyətə diqqəti gücləndirməlidir”.
Bakı-Vaşinqton münasibətlərinə də müdaxilə edən Kozlariç bu addımları ilə sübuta yetirib ki, əslində onun danışdıqları məhz ona verilmiş sifarişdir. Daha dəqiq desək, Kozlariçi danışdıran puldur. Yəni bu aksiomadır. Əbəs yerə deyil ki, Kozlariç Azərbaycanın rəhbər strukturları, eləcə də dövlət başçısı haqqında sözün həqiqi mənasında başından böyük sözlər danışıb. Lakin gəlin görək, Kozlariç ümumiyyətlə kimdir və onun belə tipli bəyanatlar verməyi hansı əsasa söykənib?
Yuxarıda da qeyd etdiyimiz kimi, Riçard Kozlariç Azərbaycanda səfir işləyib. Təsadüfi hesab etmək olmaz ki, məhz onun səfir işlədiyi dövrlərdə Azərbaycanda siyasi məhbus olanlar hansılar ki, “vətən xainləri”, ölkənin ərazi bütövlüyünə qarşı çıxanlar, Əlikram Hümbətov kimi adamlar, terrorlar törədərək ermənilərin terror təşkilatlarına xidmət edənlər həbs edilmişdilər.
Eyni zamanda qeyd etmək mümkündür ki, Kozlariç vaxtilə Azərbaycanda bizneslə məşğul olmaq istəsə də bu alınmayıb. Məhz həmin dövrlərdən başlayaraq o Azərbaycan hakimiyyətinə qarşı qarayaxma kampaniyalarında iştirak edib. Beləliklə qeyd etmək mümkündür ki, bu gün Kozlariçin sözlərinin heç bir əhəmiyyəti yoxdur. O, sadəcə, Amerika vətəndaşıdır.
Arqument qıtlığının acı nəticəsi
Həmçinin maraqlıdır ki Azərbaycanı qərəzli qaydada tənqid etmək məqsədini qarşıya qoyduğu yazıda arqument qıtlığı çəkən Kozlariç dağıdıcı müxalifət mətbuatında əksini tapan iftiralarla Azərbaycanda siyasi azadlıqların, insan hüquqlarının pozulduğunu iddia edir. Həmçinin, yazıda iddia olunur ki, guya rəhbərlik Rüstəm İbrahimbəyovun ölkəyə gəlişinə mane olur. Lakin hər kəsə məlumdur ki, R.İbrahimbəyov özü öz qayıdışına mane olur və dəfələrlə söz verməsinə, müxtəlif tarixlərdə gələcəyini vəd etməsinə baxmayaraq, heç bir ciddi əsas gətirmədən qayıtmaqdan imtina edib. Söz yox ki, İbrahimbəyovun özü və Milli Şuradakılar da onun seçkilərdə rəqabət aparmaq şansının olmadığını yaxşı bilirlər, ona görə də kinorejissorun seçkilərə qatılmasına məqsədli şəkildə əngəl olub, əvəzində hakimiyyəti günahlandırmağa çalışırlar.
Digər tərəfdən, keçmiş səfirin qondarma ittihamları çərçivəsində Azərbaycanda “siyasi çevriliş” ehtimalının ifadə olunması reallıqdan çox qərəzli müəllifin ürəyindəki fikirləri ifşa edir. Azərbaycanı tanıyan hər kəsə bəllidir ki, hətta bir sıra inkişaf etmiş dövlətlərlə müqayisədə ölkəmizdə sosial-siyasi mühit daha sabitdir. Azərbaycan barəsində məlumatlı olduğunu söyləyən birisinin ölkəmizdəki vəziyyəti qeyri-obyektiv qiymətləndirməsi qərəzli niyyətlərdən irəli gəlir.
Göründüyü kimi, R.Kozlariçin qərəzi seçkilər ərəfəsində Azərbaycana qarşı ölkədən kənarda aparılan, ölkənin imicinə zərbə vurmağa və ictimai rəyi çaşdırmağa yönələn böhtan xarakteri daşıyır. Belə bir insanın ölkə ilə bağlı “tövsiyə” və “məsləhətlərinin” xoşməramlılığı və səmimiliyi də şübhə doğurur. Elə isə Kozlariçin rusların ifadəsi ilə desək “kozyol” tipli düşüncələri ölkə ictimaiyyəti üçün sadəcə boş hava təsirindən başqa heç nə deyil.
Rövşən
banner

Oxşar Xəbərlər