• cümə axşamı, 28 mart, 17:47
  • Baku Bakı 16°C

Təpələrin mənzərəsi

01.08.16 10:41 2386
Təpələrin mənzərəsi

Şəhər Meri məktubu açıb oxudu.

Məktub ibtidai məktəbin ikinci sinif şagırdi Yangyang tərəfindən yazılmışdı.

Məktubun tam mətni beləydi:

Əziz Mer dayı!

Salam! Necəsiniz?

Mənim sizə deyiləsi iki xəbərim var. Biri yaxşı xəbərdir, biri isə pis.

Əvvəlcə yaxşı xəbər. Valideynlərim Future Community küçəsində 23 nömrəli mənzili aldılar. Biz 14-cü mərtəbədə yaşayırıq. Ev çox böyükdür, yağış yağanda evə damır. Biz pəncərə qabağında duranda atam mənə Qərb təpələrini göstərdi. Bilirsiniz, biz ona görə hündür mərtəbədə ev aldıq ki, bütün ailəmiz həmin təpələri görmək istəyirdi. İlk dəfə həmin yaşıl təpələri görəndə sevincimdən kövrəldim, gözlərim yaşla doldu. Mən valideynlərimə dəfələrlə dedim ki, kaş Mer dayı da bu təpələri mənim kimi görə biləydi. Onlar mənə dedilər ki, Mer dayı çox məşğuldur, əgər onun vaxtı olsa gəlib bizim evdən Qərb Təpələrinə baxar.

Sizə ikinci xəbərim də var, bu, bəd xəbərdir. Az qala iki aydır ki, mən təpələri görə bilmirəm. Binaya köçdüyümüz ilk vaxtlarda mən hər gün gözümü təpələrə dikirdim. Ancaq hər gün bəxtim gətirmirdi, çünki yalnız günəşli və aydın havada təpələri görmək mümkün idi. Buna görə də mən riyaziyyat dəftərimdə hesab apardım. Hər səhər mən balkona çıxıb qərb tərəfə baxıram. Əgər təpələri görsəm + işarəsi qoyuram, əgər görməsəm xişarəsi. Altı ay gəlib keçib. Bu vaxtacan dəftərimdə cəmi on iki + işarəsi var, qalanları yalnız x- dır. Son iki ayda isə demək olar ki, bir dəfə də olsun təpələri görməmişəm. Hər gün hava tutqun olur, atam deyir ki, havanın tutqun olmağına səbəb havanın çirklənməsidir. Əziz Mer dayı, hava çirklənməsi təpələrin görünməsinə mane ola bilər? Kaş ki, təpələri hər gün görə biləydim! Ancaq görmürəm! Xahiş edirəm, təpələri görməyimə kömək edin. Kömək edəcəksiniz? Təpələr həqiqətən də çox gözəldir!

Vaxtınızı alıb sizi narahat etdiyimə görə üzr istəyirm, Mer Dayı!

Mer məktubu oxuyanda çox kövrəldi, o qələm götürüb məktubun yuxarı küncünə bir qeyd yazdı:

- Bu uşağın dedikləri çox vacibdir. Onun gözlərinin ciddi müalicəyə ehtiyacı var. Lazımı təşkilata tapışırın ki, məktubu xəstəxanaya yönəltsinlər. Uşağın görmə qabiliyyətinin bərpa olunması üçün əlinizdən gələni edin!

Tanışlar

Konfransda çay fasiləsi vaxtı xaricdən və ölkə daxilindən gəlmiş alimlər və ekspertlər dəhlizdə toplaşdılar, kofe və çay içmyə başladılar, hərdən də desert və meyvlərdən götürüb ağızlarına atırdılar. Onlar ya ikilikdə, ya üçü bir yerə toplaşıb söhbət edir, köhnə dostları ilə söhbətə girişir, konfransın mövzuzunu müzakirə edirdilər.

Akademiyada belə konfrasların olması adi haldır. Hətta beynəlxalq akademik konfrans kimi təqdim olunsa da konfrans iştirakçıları Çindən olan alimlər, universitetlərdən gəlmiş professorlar, ekspertlər, elmi təşkilatların nümayəndələri idi. Sarı saçlı, ya qara dərili kolleqalar az-az gözə dəyirdi. Yalnız yerli alimlər və professorlar bir yerə toplaşıb müzakirələrini davam etdirirdilər.

Əgər onlar evdə arvadları və uşaqları ilə bu qədər uzun-uzadı söhbətlər etsəydi, onları nifrətlə qarşılayardılar. Gündəlik həyatda bununla rastlaşmaq adi haldı.

Belə ki, bu cür konfransları alimlərin çoxu özlüyündə festival hesab edir. Başqa yerlərdə cansıxıcı görünən sohbətləri burda edib ürəklərini boşaldırdılar.

Professor Lian Xin həmin vaxt çox şad və şən idi. Dörd dənə nazik peçenye və iki fincan ilıq meyvə şirəsindən sonra o özünə bir fincan kofe süzdü. Əlində kofe fincanı, üzündə təbəssüm, o öz yaşıdı olan başqa bir ekspertlə fikir bölüşmək istədi.

- Salam! Bu, çox yaxşı təşkil olunmuş bir konfransdır. Həm müzakirə mövzusu, həm də iştirakçıların seçimi əladır. Eləcə də, alimlərə xidmət də pis deyil.

Professor Lian söhbətə ilk dəfə özü cəhd etdi.

- Bəli, hər şey əlbəttə, çox əladır. Müasir cəmiyyətdə indi adamlar bir-birindən uzaq düşüblər, iqtisadi qloballaşma və internet insanları bir-birindən ayrı salıb. Bu konfrans isə insanlar arasındakı məsafəni qısaltmağa həsr edilib. Bu, həm vacib, həm də mənalıdır. Siz necə fikirləşirsiniz??

O biri prfessor orda olan desertləri ağzına dürtüşdürməklə məşğul idi, onun söhbətə qarışacağına ümid yox idi. Professor Lianun söhbətə başlamasını onu da ruhlandırdı.

- Mən bu fikirlə çox da razı deyiləm. Filosoflar, elmi müşahidəçilər, sosioloqlar və psixoloqlar bu fikirlə razılaşarlar. Ancaq biz bu mövzuda daha dərin araşdırma aparmalıyıq. Bu çox pisdir ki, müasir dünyada hətta insanlar öz qonşularılyla da danışmır. İnsanlar bir-birindən çox uzaq düşüb, tamam izolə olunublar, - Professor Lian fikrini bəyan etdi.

- İnsanlar sosial varlıqlardır. Onlar bir-biriylə ünsiyyət qurmalı, fikir bölüşməli, bir-birinə təsir etməlidir. Onlar hansısa təşkilartlara meyl edirlər. Ən dəhşətlisi də odur ki, insanlar insanlığını itirib.

- Sizin aksentinizə əsasən cənubdan olduğunuz bəlli olur, - Professor Lion kolleqasıyla maraqlandı.

- Bəli, siz tamamilə haqlısınız. Mən Usidənəm. Ancaq otuz il şimalda yaşamışam. - Bəs siz?

- Elə isə deməli, biz eyni şəhərdən gəlmişik. Mən şimalda dərs deyirəm, - Prodessor Lian ağzından qaçırtdı.

- Mən də şimalda dərs deyirəm. Deməli, biz həmkarıq. Siz harada dərs deyirsiniz? - o biri professor soruşdu.

- Mən Huadu Universitetində. Bəs siz?

Professor Lian həyəcanını boğa bilmədi.

- Haudu Universitetində? Mən də orada işləyirəm.

- Bəlkə də ona görə mənə elə gəldi ki, sizi hardasa görmüşəm. Siz hansı kafedradasınız? – o biri professor get-gedə daha da həyəcanlanırdı.

- Mən fəlsəfə kafedrasındayam. Bəs siz? Çin kafedrasında, düz tapmışam? – Professor Lian Xin soruşdu.

- Mən də fəlsəfə kafedrasında işləyirəm. Mən Çin fəlsəfəsinin tarixi şöbəsindəyəm. Bəs siz? – o biri professor soruşdu və o indi daha həyəcanlı idi.

- Mən Lian Xinəm. Sizin adıınız nədir?

Professor Lian həyəcandan özünü itirmişdi.

- Professor Lian, mən həmişə sizin elmi işlərinizə heyrət etmişəm. Mənim adım Yang Xuiangdiır.

İlk dəfə olaraq bir-birləırinin adını öyrəndilər.

- Mən də sizin adnızı dəfələrlə eşitmişəm. Necə gülməlidir! Siz univesitetə məndən bir il əvvəl gəlmisiniz. Biz nə qədər məşğul olmuşuq\! Biz otuz il eyni kafedranın eyni şöbəsində işləmişik, ancaq bir dəfə də bir-birimizlə görüşməmişik. Necə gülməlidir! Ha ha ha, - Professor Lian zorla da olsa utandığından gülmək istədi.

- Bəli, biz həmişə məşğul olmuşuq. Şöbə iclaslarının da çoxu həmişə təxirə salınırdı. Pekindən kənarda keçirilən bir konfransda iştirak etməsəydik yəqin ki, biz ölənəcən bir-birmizlə görüşməzdik! Ha-ha! Ha ha!

Professor Yangın gülüşü də qəribə səslənirdi.

Esse

Çin dili müəllimi bir şagirddən xahiş edir ki, onun kabinetinə gəlsin. Müəllim stolun üstündəki bir topa tapşırıq dəftərlərinin arasından bir dəftəri dartıb çıxarır.

- Bu esseni sən özün yazmısan? - müəllim tapşırıq dəftərini şagirdə göstərir.

- Bəli, - şagird başını qaldırıb müəllimə baxandan sonra başını aşağı salır.

- Yazdığını bərkdən oxu, - müəllim əmr verir.

- Yaxşı...yaxşı, - uşaq həyəcandan özünü itirir.

- Sən karsan? Dedim ki, yazdığını bərkdən oxu, - müəllim səbirsizliklə deyir.

- Mənim Ambisiyam! – şagird oxumağa başlayır, ancaq çox yavaş səslə.

- Zəhmət olmasa, bir az bərkdən oxu. Başlığı yenidən de. Mən yaxşı eşidə bilmədim, - müəllim qışqırır.

- Başlıq "Mənim Ambisiyam” dır,- uşaq səsini qaldırır.

- "Mən böyüyəndə böyük bir boss olmaq istəyirəm. Bill Gatesdən də zəngin. Mən təpələrin üstündə bir villada yaşayacam, evimin yanından çay axacaq. Mən Cadillac-ıma minib dənizin kənarına, sevgilimin küçəsinə gedəcəm.

Mən dünya gözəli ilə evlənəcəm. Çoxlu bahalı cins itlər saxlayacam. Yayda mən arvadımla özmün üzgüçüılük hovuzumda çiməcəm. Qışda isə biz özümüzün şəxsi təyyarəmizdə xizəkdə sürüşmək üçün İsveçrəyə uçacağıq. Mən cangüdənlərimə əmr verəcəm ki, riyaziyyat müəllimimə və qonşumuzun xuliqan oğluna, məni döyən Ergouziyə yaxşıca dərs versinlər. Mən həm təhsil şöbəsinin, həm də polis şöbəsinin rəhbəri olacam. Əmr verəcəm ki, məktəbləri bağlasınlar və uşaqlara tətil versinlər. Yay tətili günlərində mən əlavə dərs keçmək üçün atamın sinif rəhbərimizə verdiyi pulu geri alacam. Əgər sinif rəhbərimiz pulu geri qayarmasa polisə əmr verəcəm ki, onu həbs etsin.

Şagird dayanır.

- Elə bu? – Müəllim soruşur.

- Bəli, - şagird mızıldanır, onun üzünü tər basıb.

- Mən bu esse üçün sənə 10 verəcəm,- müəllim uşağın başını sığallayır.

Şagird gözlərini təəccüblə müəllmə zilləyir. O qulaqlarına inana bilmir.

- Hə, 10, - Sənə ən yüksək qiyməti verdim. Mən də sən yaşda olanda eyni başlıqlı, eyni mövzuda bir esse yazmışdım. Müəllimim mənə yağlı bir sıfır verdi, atama dedi ki, dərsimi versin. Mən isə sənə ən yüksək qiyməti verdim, bunu eeseyə görə vermədim, eyni ambisiyalarımz olduğu üçün verdim. Başa düşürsən?

Oğlan başını bulayıb fikrə qərq oldu.

İngliscədən tərcümə: Sevil Gültən

banner

Oxşar Xəbərlər