• cümə, 19 Aprel, 18:45
  • Baku Bakı 24°C

Tənqidçi Vaqif Yusifli Ədəbiyyat İnstitutuna şöbə müdiri gətirilir?

16.12.13 10:58 1869
Tənqidçi Vaqif Yusifli Ədəbiyyat İnstitutuna şöbə müdiri gətirilir?
“AMEA-da aparılan islahatlar çərçivəsində günün tələblərinə cavab verməyən bəzi strukturlar ləğv edilməli, müstəqillik dövrünün tələblərinə uyğun yeni qurumlar yaradılmalı, mövcud ştat vahidləri saxlanılmaqla yeni yaradılacaq sahələrə diqqət yetirilməlidir”.
AMEA Nizami adına Ədəbiyyat İnstitutunun mətbuat xidmətindən APA-ya verilən məlumata görə, bu sözləri elmi-tədqiqat müəssisəsində keçirilən tədbirdə institutun direktoru, akademik İsa Həbibbəyli deyib.
İ.Həbibbəyli bildirib ki, Azərbaycan elminin dünyaya inteqrasiya edilməsi, elmi araşdırmaların impakt faktorlu nəşrlərdə çap etdirilməsi və s. qarşıda duran ən vacib məsələlərdən biridir: “AMEA rəhbərliyi islahatlara xüsusi diqqət yetirir. 2014-cü ildən akademiyada ciddi kadr islahatları davam etdiriləcək, tamamilə yeni istiqamətə malik elmi qurumlar yaradılacaq. AMEA rəhbərliyi tərəfindən gənc alimlərə xüsusi diqqət yaradılması, əmək haqlarının artırılması, əmək intizamına ciddi riayət edilməsi və bu kimi bir sıra digər məsələlərin də prioritet istiqamət kimi müəyyənləşdirilib. Həmçinin hər ilin sonunda Yazıçılar Birliyi ilə birlikdə ilin ədəbi yekunları çap olunmalıdır”.
Akademik rəhbərlik etdiyi institutda fəaliyyət göstərən “Müasir Azərbaycan ədəbiyyatı” şöbəsinin iki hissəyə ayrılaraq mövcud ştat vahidləri çərçivəsində “Müstəqillik dövrü Azərbaycan ədəbiyyatı” və “Ədəbi tənqid” şöbələrinin yaradılması barədə təkliflərini verib: “Təklif edirəm ki, “Müstəqillik dövrü Azərbaycan ədəbiyyatı” şöbəsinin müdirliyinə filologiya elmləri doktoru Elçin Mehrəliyevin, “Ədəbi tənqid” şöbəsinə isə filologiya elmləri doktoru Vaqif Yusiflinin namizədliyi irəli sürülsün”.
Tədbirdə elmi-tədqiqat müəssisəsinin rəhbər heyəti, eləcə də müvafiq şöbələrin əməkdaşları iştirak ediblər.
banner

Oxşar Xəbərlər