• cümə axşamı, 28 mart, 21:35
  • Baku Bakı 13°C

Ötən ildə təbii fəlakətlərin vurduğu ziyan açıqlandı

19.01.21 16:00 417
Ötən ildə təbii fəlakətlərin vurduğu ziyan açıqlandı
Keçən ildə təbii və insan mənşəli fəlakətlərin dünya iqtisadiyyatına vurduğu ziyan əvvəlki ilə nisbətən26,5faiz artaraq210milyard ABŞ dollarına yaxındır.
Kaspi.az xəbər verir ki, bu barədə dünyanın ən iri təkrar sığorta şirkətlərindən "Muenchener Rueckverisicherungs-Gesellschafts AG (Munich RE)” tərəfindən məlumat verilib.
Bunun başlıca amilləri Atlantik okeanının şimalında baş verən qasırğalar, habelə Kaliforniyadakı meşə yanğınları olub.
Qeyd edək ki, 2011-ci ildə Yaponiyanın Tohoku bölgəsində baş verən güclü zəlzələ və tsunami üzündən fəlakətlərin iqtisadi fəsadları rekord354milyard dollara çatmışdı.
Fəlakətlərin vurduğu ziyanın 2019-cu ildə57milyard dolları, ötən il isə82milyard dolları sığortalanıb. 2020-ci ilin10ən baha başa gələn təbii fəlakətin ABŞ ərazisində baş verən altısı bütövlükdə95milyard ABŞ dolları məbləğində ziyan vurub ki, bunun67milyard dollara yaxını sığortalanıb. O cümlədən avqust ayının sonunda Luisiana ştatını vuran 4-cü dərəcəli Laura qasırğasının yetirdiyi13milyard dollarlıq ziyanın 10 milyard dolları sığortalanıb. Həmçinin ölkənin qərb regionunda əsasən Kaliforniya, Kolorado, Oreqon ştatlarında tüğyan etmiş meşə yanğınları da16milyard dollarlıq ziyan vurub, bunun11milyard dolları sığortalanıb.
Asiya regionunda ötən il baş vermiş təbii fəlakətlərin isə yetirdiyi67milyard dollar məbləğində maddi ziyanın cəmi3milyard dolları sığortalanıb. (Report)
banner

Oxşar Xəbərlər