• cümə, 29 Mart, 15:36
  • Baku Bakı 14°C

Ötən il xarici ölkələrdən Azərbaycana 7 nəfər ekstradisiya olunub

25.01.21 12:30 356
Ötən il xarici ölkələrdən Azərbaycana 7 nəfər ekstradisiya olunub
"Ötən il 5 məhkum Azərbaycana gətirilib, 25 xarici məhkum isə öz ölkələrinə təhvil verilib”.
APA-nın məlumatına görə, bunu Ədliyyə Nazirliyinin 2020-ci il fəaliyyətinə həsr olunan mətbuat konfransında Nazirliyin Beynəlxalq əməkdaşlıq idarəsinin rəisi Adil Əbilov bildirib.
Onun sözlərinə görə, keçən il 7 nəfər xarici ölkələrdən Azərbaycana ekstradisiya olunub: "Bu günə qədər sərhədlər bağlı idi, ekstradisiyaya görə problemlər yaranmışdı, çünki orijinal məhkəmə sənədləri daxil olmalı idi. Buna görə bir sıra tərəfdaşlarla məsləhətləşmələr aparılıb, elektron sənədləri icraya götürməyi xahiş etmişik. Bunun nəticəsində xarici ölkələrdən Azərbaycana 7 nəfər ekstradisiya olunub, Azərbaycanda olan 6 xarici vətəndaş da digər ölkələrə ekstradisiya edilib”.
A. Əbilovun sözlərinə görə, ekstradisiya və məhkumların verilməsi bəzən eyni hesab edilir: "Bunlar fərqli şeylərdir. Ekstradisiya o deməkdir ki, şəxs cinayət törədib başqa ölkəyə qaçıbsa, getdiyi ölkə müəyyən edilir, orada həbs olunaraq Azərbaycana təhvil verilir. Məhkumun verilməsi zamanı isə hansısa azərbaycanlı başqa ölkədə məhkum olunubsa, o, müraciət edib vətəndaşlığı olan ölkədə cəzasını çəkmək istədiyi bildirir”.
banner

Oxşar Xəbərlər