• cümə, 29 Mart, 06:39
  • Baku Bakı 5°C

Ötən il Ukraynada korrupsiya faktına görə 189 dövlət məmuru haqqında cəza tədbiri seçilib

14.01.20 11:15 531
Ötən il Ukraynada korrupsiya faktına görə 189 dövlət məmuru haqqında cəza tədbiri seçilib
Ötən il Ukrayna Təhlükəsizlik Xidmətinin (UTX) əməkdaşları müxtəlif dövlət orqanlarında təxminən 500 korrupsiya faktı aşkarlayıblar.AZƏRTACxəbər verir ki, bu barədə məlumat UTX-nin saytında yer alıb.
Korrupsiya faktları daha çox yerli icra orqanları, hüquq-mühafizə və hərbi strukturlarda aşkarlanıb. Hesabat dövründə ümumilikdə korrupsiya faktı zamanı 65 milyon qrivnadan çox (2,7 milyon dollar) məbləğdə vəsait tələb edilib.
Ötən il korrupsiya faktına görə, 189 məmur haqqında cəza tədbiri seçilib, 164 məmur isə vəzifəsindən uzaqlaşdırılıb.

banner

Oxşar Xəbərlər