• cümə, 19 Aprel, 23:56
  • Baku Bakı 24°C

Ötən il Türkiyə ixracatdan son 18 ilin ən yüksək gəlirini əldə edib

03.01.20 17:46 1381
Ötən il Türkiyə ixracatdan son 18 ilin ən yüksək gəlirini əldə edib
Türkiyənin ixracat gəliri 2019-cu ildə 180 milyard 468 milyon dollar təşkil edib ki, bu da son 18 ilin ən yüksək göstəricisidir.
AZƏRTACxəbər verir ki, bu barədə Türkiyənin Ticarət naziri Ruhsar Pekcan bildirib.
Nazirin sözlərinə görə, 2019-cu ildə ölkədən ixrac olunan məhsullardan əldə edilən gəlir 2018-ci illə müqayisədə 2,04 faiz artıb.
Nazir 2019-cu ildə ölkə ixracatına 3,2 milyard lirə sərmayə qoyulduğunu, bu rəqəmin 2020-ci ildə 3,8 milyard lirəyədək artırılmasının planlaşdırıldığını qeyd edib.
banner

Oxşar Xəbərlər