• çərşənbə axşamı, 23 aprel, 13:31
  • Baku Bakı 24°C

Ötən il cərimə cəzasının icrası ilə bağlı 1,3 milyon manat vəsait büdcəyə köçürülüb

25.01.21 13:00 350
Ötən il cərimə cəzasının icrası ilə bağlı 1,3 milyon manat vəsait büdcəyə köçürülüb
Ötən il məhkəmələrin pandemiya ilə əlaqədar məhdudiyyətlə fəaliyyətinə baxmayaraq, yerli probasiya qurumlarında 9576 məhkum qeydiyyata alınıb.
APA-nın məlumatına görə, bunu Ədliyyə Nazirliyinin 2020-ci il fəaliyyətinə həsr olunan mətbuat konfransında Nazirliyin Probasiya xidmətinin rəis müavini Musa Hümbətov bildirib. Onun sözlərinə görə, eyni zamanda müxtəlif hüquqi əsasla 10453 məhkum qeydiyyatdan çıxarılıb: "Hesabat dövrü ərzində cərimə cəzasının icrası ilə bağlı 1,3 milyon manata yaxın vəsaitin dövlət büdcəsinə köçürülməsi təmin edilib. Bu da ödənilən məbləğin 59 faizindən çoxunu təşkil edir”.
O qeyd edib ki, ötən il 155 min 131 saat ictimai işlərin həyata keçirilməsi təmin edilib.

banner

Oxşar Xəbərlər