• çərşənbə axşamı, 16 aprel, 12:00
  • Baku Bakı 19°C

Ötən il Azərbaycanla Belarus arasında ticarət dövriyyəsi 227 milyon dollardan çox olub

15.01.20 11:45 780
Ötən il Azərbaycanla Belarus arasında ticarət dövriyyəsi 227 milyon dollardan çox olub
2019-cu ildə Azərbaycanla Belarus arasında idxal-ixrac əməliyyatlarının həcmi 227 milyon ABŞ dollarını ötüb ki, bu da 2018-ci illə müqayisədə 23 milyon dollar çoxdur.
Bu barədəAZƏRTAC-a Belarus Dövlət Statistika Komitəsindən məlumat verilib.
Hesabat dövründə Azərbaycana Belarusdan idxal 206,2 milyon dollar, Azərbaycandan Belarusa ixracın həcmi isə 21,1 milyon dollar təşkil edib.
Qeyd edək ki, 2018-ci il Azərbaycan ilə Belarus arasında idxal-ixrac əməliyyatlarının həcmi 204 milyon dollara yaxın olub ki, bu da 2017-ci ilin müvafiq dövrünə nisbətən təxminən 56 milyon dollar çoxdur.

banner

Oxşar Xəbərlər