• çərşənbə, 24 Aprel, 12:40
  • Baku Bakı 27°C

Ötən il Ali Məhkəməyə 23878 müraciət daxil olub

19.02.21 10:50 453
Ötən il Ali Məhkəməyə 23878 müraciət daxil olub
2020-ci il ildə dövlət orqanlarından və bilavasitə vətəndaşlardan Ali Məhkəməyə 23878 müraciət daxil olub.
APA-nın məlumatına görə, bunu Ali Məhkəmənin sədri Ramiz Rzayev ilin yekunlarına dair keçirilən plenumun iclasında deyib.
O bildirib ki, müraciətlər müvafiq qaydada baxılıb və cavablandırılıb: "Azərbaycanda koronavirus infeksiyasının yayılması təhlükəsinin qarşısının alınması məqsədilə görülən tədbirlər nəticəsində 2020-ci il mart ayından etibarən vətəndaşların fərdi və kollektiv qaydada qəbulu dayandırıldığından qəbul digər vasitələrlə həyata keçilib. Ali Məhkəmənin sədri və müavinləri və kollegiya sədrləri tərəfindən 230 nəfər, o cümlədən 135 nəfər bölgələrdə qəbul olunub”.

banner

Oxşar Xəbərlər