• şənbə, 20 Aprel, 16:30
  • Baku Bakı 23°C

Ötən il 2400 məhkuma elektron qolbaq tətbiq edilib

18.01.20 17:00 779
Ötən il 2400 məhkuma elektron qolbaq tətbiq edilib
Azadlıqdan məhrumetməyə alternativ cəzaların, o cümlədən azadlığın məhdudlaşdırılması cəzasının icrasında elektron nəzarət vasitələrinin tətbiqi əhəmiyyətli dərəcədə genişlənərək 2019-cu ildə 2400-dən çox məhkuma elektron qolbaq tətbiq edilib.
Trend-in məlumatına görə, bu barədə Ədliyyə Nazirliyində keçirilən müşavirədə nazirliyin Probasiya Xidmətinin rəisi Akşin Ziyadov deyib.
Onun sözlərinə görə, 2019-cu ildə məhkəmənin qərarlarına əsasən 1.502 şəxs ictimai işlər növündə cəzanın və inzibati tənbehin icrasına cəlb edilib: "Onlardan 886-ı ictimai işlərin müddətinin başa çatması ilə əlaqədar qeydiyyatdan çıxarılıb. İl ərzində bu növ cəzanın və inzibati tənbehin icrası ilə bağlı 183 min saatdan çox ictimai işlərin yerinə yetirilməsi təmin edilib. Cərimə və islah işlərinin icrası ilə bağlı dövlət büdcəsinə 2.5 milyon manata yaxın vəsaitin ödənilməsi təmin olunub”.

banner

Oxşar Xəbərlər