• çərşənbə, 24 Aprel, 02:31
  • Baku Bakı 14°C

Ötən gün yol qəzalarında 3 nəfər ölüb, 1 nəfər xəsarət alıb

19.07.19 14:07 22639
Ötən gün yol qəzalarında 3 nəfər ölüb, 1 nəfər xəsarət alıb
İyulun 18-dən 19-dək daxili işlər orqanlarında qeydə alınmış cinayət və hadisələr haqqında statistik məlumat açıqlanıb.
Daxili İşlər Nazirliyindən Trend-ə verilən məlumata görə, respublikanın daxili işlər orqanları tərəfindən gün ərzində 24 cinayətin üstü "isti izlər”lə açılıb. Əvvəlki dövrlərdən bağlı qalmış 1 cinayətin açılması təmin olunub.
Axtarışda olduğuna görə ümumilikdə 14 nəfər, o cümlədən mülki-hüquqi öhdəliklərin icrasından yayındığına görə 2 nəfər, borclu şəxs qismində axtarışda olan 4 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.
Respublikanın avtomobil yollarında 3 yol-nəqliyyat hadisəsi baş verib, nəticədə 3 nəfər ölüb, 1 nəfər xəsarət alıb.
Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 14 fakt müəyyən edilib.
Cinayət törətməkdə şübhəli bilinən 31 nəfər saxlanılıb.
banner

Oxşar Xəbərlər