• şənbə, 20 Aprel, 13:56
  • Baku Bakı 23°C

Ötən gün yaşayış yerini tərk edən 7 koronavirus xəstəsi saxlanılıb

20.04.21 12:45 922
Ötən gün yaşayış yerini tərk edən 7 koronavirus xəstəsi saxlanılıb
Daxili işlər orqanlarının əməkdaşları tərəfindən aprelin 19-da respublika ərazisində 7 nəfər aktiv koronavirus xəstəsi ictimai yerlərdə aşkar edilərək saxlanılıb.
Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindənAPA-ya verilən xəbərə görə, onlarla izahedici söhbətlər aparılıb, tibbi prosedurları gözləməklə yaşadıqları evə qaytarılıb, bu barədə müvafiq səhiyyə qurumları məlumatlandırılıb.
Cinayət Məcəlləsinin 139-1.1 (epidemiya əleyhinə və karantin rejimlərinin pozulması) maddəsi ilə 4 nəfər barəsində cinayət işi başlanılıb.
Hazırda istintaq araşdırmaları davam etdirilir.
banner

Oxşar Xəbərlər