• cümə, 29 Mart, 19:44
  • Baku Bakı 14°C

Ötən gün törədilmiş 19 cinayətin üstü “isti izlər”lə açılıb

03.01.20 11:34 809
Ötən gün törədilmiş 19 cinayətin üstü “isti izlər”lə açılıb
Respublikanın daxili işlər orqanları ötən gün törədilmiş 19 cinayətin üstünü "isti izlər”lə açıb.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindənAZƏRTAC-a bildiriblər ki, əvvəlki dövrlərdən bağlı qalmış 14 cinayətin açılması təmin olunub.
Axtarışda olduğuna görə ümumilikdə 4 nəfər, o cümlədən borclu şəxs qismində axtarışda olan 2 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.
Respublikanın avtomobil yollarında 4 ağır yol-nəqliyyat hadisəsi baş verib, nəticədə 4 nəfər ölüb.
Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 6, qanunsuz saxlanılan silah-sursatla bağlı 1 fakt müəyyən edilib.
Cinayət törətməkdə şübhəli bilinən 15 nəfər saxlanılıb.
banner

Oxşar Xəbərlər