• şənbə, 20 Aprel, 17:47
  • Baku Bakı 23°C

Ötən gün 5811 test aparılıb

06.06.20 09:15 480
Ötən gün 5811 test aparılıb
İyunun 5-də Azərbaycanda koronavirusa yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 5811 test aparılıb. Ötən müddət ərzində aparılan testlərin sayı 328 min 385-ə çatıb.
Bu barədəAZƏRTAC-a Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) məlumat verilib.
Xatırladaq ki, iyunun 5-də Azərbaycanda 338 yeni koronavirus infeksiyasına yoluxma faktı qeydə alınıb, 134 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb. "COVID-19” üçün götürülən analiz nümunələri müsbət çıxmış 1940-cı, 1957-ci (iki nəfər) və 1972-cü il təvəllüdlü dörd nəfər vəfat edib.
İndiyədək ölkəmizdə 6860 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib. Onlardan 3871 nəfər müalicə olunaraq sağalıb, 82 nəfər vəfat edib, 2907 nəfərin xüsusi rejimli xəstəxanalarda müalicəsi davam etdirilir. Xəstələrdən 110 nəfəri reanimasiyadadır ki, onlardan da 20-si süni tənəffüs cihazına qoşulub.
banner

Oxşar Xəbərlər