• şənbə, 20 Aprel, 17:26
  • Baku Bakı 23°C

Ötən gün 3 koronavirus xəstəsi barəsində cinayət işi başlanıb

22.04.21 11:30 736
Ötən gün 3 koronavirus xəstəsi barəsində cinayət işi başlanıb
Daxili işlər orqanlarının əməkdaşları tərəfindən aprelin 21-də respublika ərazisində 3 nəfər aktiv koronavirus xəstəsi ictimai yerlərdə aşkar edilərək saxlanılıb.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindənAPA-ya verilən məlumata görə, polis əməkdaşları onlarla izahedici söhbətlər aparıb, tibbi prosedurları gözləməklə xəstəxanaya yerləşdirib.
Barələrində Cinayət Məcəlləsinin 139-1.1 (epidemiya əleyhinə və karantin rejimlərinin pozulması) maddəsi ilə cinayət işi başlanılıb. Hazırda istintaq araşdırmaları davam etdirilir:

"Bir daha vətəndaşlarımızdan koronavirusla əlaqədar tətbiq edilmiş xüsusi karantin rejimindən irəli gələn bütün tələb və qadağalara ciddi riayət etmələrini xahiş edirik", - deyə DİN-dən bildirilib.
banner

Oxşar Xəbərlər