• cümə, 19 Aprel, 03:52
  • Baku Bakı 18°C

Ötən ay Azərbaycandan çıxarılan əcnəbilərin sayı açıqlanıb

17.10.16 16:20 998
Ötən ay Azərbaycandan çıxarılan əcnəbilərin sayı açıqlanıb
Dövlət Miqrasiya Xidmətiötən ay ərzində 2908 əcnəbi tərəfindən Azərbaycanda olma, habelə müvəqqəti və daimi yaşama qaydalarına əməl etmədən inzibati qanunvericiliyin tələblərinin pozulması halları müəyyən edilib.
Xidmətdən verilən məlumata görə, onlardan15-nin ölkə ərazisində müvəqqəti və ya daimi yaşamaq üçün əsas verən sənədləri itirildiyindən yenisi ilə əvəz olunub, 202 nəfərin ölkə ərazisində yaşamaları leqallaşdırılıb, 2109 əcnəbinin 48 saat ərzində ölkə ərazilərini tərk etmələri, 582 əcnəbinin isə inzibati qaydada ölkə hüdudlarından kənara çıxarılmaları barədə qərarlar qəbul edilib.
Məlumata görə, ay ərzində Dövlət Miqrasiya Xidmətinə əcnəbilər və vətəndaşlığı olmayan şəxslər tərəfindən ölkədə müvəqqəti olma müddətlərinin uzadılması, müvəqqəti və daimi yaşamaq üçün icazələrin verilməsi, vətəndaşlığa qəbul, xitam, bərpa, eləcə də vətəndaşlıq mənsubiyyətinin və qaçqın statusunun müəyyənləşdirilməsi, həmçinin əmək fəaliyyətinin həyata keçirilməsi üçün iş icazələrinin verilməsi və mövcud iş icazələrinin müddətlərinin uzadılması ilə bağlı 9148 müraciət daxil olub. Müraciətlərin hər biri ayrı-ayrılıqda Azərbaycan Respublikası qanunvericiliyinin tələblərinə uyğun olaraq araşdırılıb və müvafiq qərarlar qəbul edilib.
Ötən ay ərzində olduğu yer üzrə qeydiyyatla bağlı 67648 əcnəbinin müraciəti qeydə alınıb.
Dövlət Miqrasiya Xidməti tərəfindən ay ərzində ölkəninayrı-ayrı bölgələrində 9 maarifləndirmə tədbiri keçirilib.
banner

Oxşar Xəbərlər