• şənbə, 20 Aprel, 11:44
  • Baku Bakı 14°C

Ötən ay Azərbaycana əsasən bu məhsullar idxal olunub

14.01.20 14:30 815
Ötən ay Azərbaycana əsasən bu məhsullar idxal olunub
Ötən ay Azərbaycanın ən çox idxal etdiyi məhsulların siyahısı açıqlanıb.
Trend xəbər verir ki, bu barədə məlumatı Dövlət Gömrük Komitəsi yayıb.
Belə ki, 2019-cu ilin dekabr ayı ərzində Azərbaycana idxal olunan əsas məhsullar ət, kərə yağı və süddən hazırlanmış digər yağlar, meyvə-tərəvəz, çay, buğda, düyü, bitki və heyvan mənşəli piylər və yağlar, tütün və tütün məmulatları, əczaçılıq məhsulları, gübrələr, plastmassa və onlardan hazırlanan məmulatlar, oduncaq və ondan hazırlanan məmulatlar, geyim əşyaları və geyim üçün ləvazimatlar, qara metallar və onlardan hazırlanan məmulatlar, maşın, mexanizm, elektrik aparatları, avadanlıqlar və onların hissələri, nəqliyyat vasitələri və onların hissələri, mebel və onun hissələri olub.
Ümumilikə ötən ay ərzində ölkəyə idxal olunan məhsulların ümumi dəyəri 13 milyard 667.237 milyon manat təşkil edib.

banner

Oxşar Xəbərlər