AZƏRBAYCANDA KORONAVIRUSLA BAĞLI XƏBƏRLƏR

Təmas xəttini keçən erməni hərbçilər geri qayıda bilmədilər

Təmas xəttini keçən erməni hərbçilər geri qayıda bilmədilər

Təfsilat
08 Avqust 2013, 10:20 819
Avqustun 7-dən 8-nə keçən gecə erməni silahlı bölmələrinin iki hərbçisi qoşunların təmas xəttinin Ağdam cəbhəsi istiqamətində Azərbaycan Ordusunun nəzarəti altında olan hissəsinə keçib.

APA-nın məlumatına görə, Azərbaycan hərbçiləri onlardan birini saxlayıb, digəri isə qaçmağa cəhd edərkən neytral zonada minaya düşüb.

Onun sağ olub-olmaması barədə dəqiq məlumat yoxdur.

Erməni hərbçilərin təmas xəttini hansı məqsədlə keçdikləri də hələlik məlum deyil. Faktla bağlı dəqiqləşmələr aparılır.

Hadisəyə rəsmi qurumlardan münasibət öyrənmək hələlik mümkün olmayıb.