• cümə, 26 Aprel, 04:58
  • Baku Bakı 16°C

Telman İsmayılov “İnterpol” xətti ilə axtarışa veriləcək

05.12.17 11:50 2606
Telman İsmayılov “İnterpol” xətti ilə axtarışa veriləcək
Rusiya İstintaq Komitəsi Çerkizov bazarının keçmiş sahibi, azərbaycanlı milyarder Telman İsmayılovun "İnterpol” xətti ilə axtarışa verilməsi üçünBaş Prokurorluğa müvafiq materiallar göndərib.
APA-nın məlumatına görə, bu barədə xəbər İstintaq Komitəsinin saytında yerləşdirilib.
Qeyd olunur ki, Telman İsmayılovun qətl və qanunsuz silah dövriyyəsi ilə bağlı cinayət məsuliyyətinə cəlb edilməsi məsələsi qaldırılıb. "İstintaqın məlumatına əsasən Telman İsmayılov Vladimir Savkin və Yuriy Brılyev adlı iki sahibkarın ölümünü təşkil edib. Bu qətllərin planını o, qardaşları Rafiq və Vaqif İsmayılovla birgə hazırlayıb. Qətlin icraçısı qismində çıxış edən edən Mehman Kərimov 2016-cı il mayın 15-də hər iki şəxsə atəş açıb”, – deyə məlumatda bildirilir.
Telman və Vaqif İsmayılov qardaşları barəsində bir müddət öncəqiyabi həbs-qətimkan tədbiri seçilib.
banner

Oxşar Xəbərlər