• cümə, 29 Mart, 13:20
  • Baku Bakı 14°C

Televiziyaların xəbərlər proqramları tənqid olundu

04.07.13 14:22 1420
Televiziyaların xəbərlər proqramları tənqid olundu
“Müasir Azərbaycan dilçiliyində televiziya materiallarının dili əsasında nitq mədəniyyəti və ədəbi dil normalarının öyrənilməsinə xüsusi tələbat var”. Lent.az-ın məlumatına görə, bunu Milli Televiziya və Radio Şurasının (MTRŞ) sədri Nurşirəvan Məhərrəmli bildirib.
O təəssüflə qeyd edib ki, teleradio məkanında aparıcıların tələffüzündə çoxlu nöqsanlara yol verilir: “Verilişlərin bəzilərində aparıcıların mətnlə əvvəlcədən tanış olmadıqlarını müəyyənləşdirmək o qədər də çətin olmur. Mədəni nitqə verilən müxtəlif tələblər var və telekanalal aparıcıları da öz nitqlərini bu tələblərə cavab verə biləcək şəkildə qurmalıdırlar”.
MTRŞ sədri onu da vurğulayıb ki, Azərbaycan televiziya kanallarında nümayiş olunan verlişlərdə aparıcıların nitqini müşahidə etdikdən sonra belə bir nəticəyə gəlinib ki, onların nitqində ədəbi dil normalarına hər zaman riayət olunmur: “Monitorinq ANS, ATV, İTV, Xəzər, Space, Lider kanallarında yayımlanan informasiya verilişlərinin, müsiqili-əyləncəli proqramlarının, şou və tok-şouların dili üzərində aparılıb. Müşahidələr əsasən 4 sahəni əhatə edib ki, bunlara fonetik, leksik, qrammatik və üslub normaları daxildir.
Ümumilikdə, AMEA-nın Nəsimi adına Dilçilik İnstitutunun mütəxəssisləri tərəfindən teleradio yayımçılarının ədəbi dil normalarına riayət edilməsi sahəsində davamlı monitorinqlərin təşkili bu sahədə olan neqativ halların ortaya çıxarılmasına gətirib çıxaracaq və telekanallarda Azərbaycan ədəbi dilinin normalarına riayət edilməsinə mühüm kömək edəcək”.
banner

Oxşar Xəbərlər