• cümə axşamı, 25 aprel, 19:33
  • Baku Bakı 21°C

"Teleradio" İB-yə müvəqqəti baş direktor təyin edilib

15.03.21 12:45 828
"Teleradio" İB-yə müvəqqəti baş direktor təyin edilib
Azərbaycan Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin "Radio-Televiziya Yayımı və Peyk Rabitəsi” İstehsalat Birliyinin ("Teleradio” İB) baş direktor vəzifəsinin müvəqqəti icrası, qurumun texniki direktoru Mikayıl Abbasova həvalə edilib.
Bu barədə "APA-Economics”ə nazirlikdən bildirilib.
Qeyd olunub ki, "Teleradio” İB-nin baş direktoru Əflatun Şərifov təqaüd yaşı çatdığına görə tutduğu vəzifədən öz ərizəsi ilə çıxıb.
Xatırladaq ki, Ə. Şərifov 1956-cı ildə Bakı şəhərində anadan olub. O, 1997-2005-ci illərdə "Teleradio”da müxtəlif vəzifələrdə işləyib.
Ə. Şərifov 2005-2021-ci illərdə "Teleradio” İB-də rəis müavini, baş direktorun müavini, baş direktorun vəzifəsini icra edən, baş direktor vəzifələrində fəaliyyət göstərib.

banner

Oxşar Xəbərlər