• şənbə, 20 Aprel, 17:05
  • Baku Bakı 23°C

Tələbə təqaüdləri də artırıldı

30.08.13 17:36 1591
Tələbə təqaüdləri də artırıldı
Azərbaycan prezidenti İlham Əliyev doktorantlar, ali təhsil, orta ixtisas və ilk peşə-ixtisas təhsili müəssisələrinin tələbələri və şagirdlərinə verilən təqaüdlərin artırılması haqqında sərəncam imzalayıb.
Sərəncama əsasən, doktorantura pilləsi üzrə elmlər doktoru hazırlığı üzrə doktorantlara 220 manat, fəlsəfə doktoru hazırlığı üzrə doktorantlara 120 manat, ali təhsil müəssisələrində adlı təqaüd alan tələbələrə 120 manat, magistr pilləsi üzrə əla qiymətlərlə oxuyan tələbələrə 105 manat, əla və yaxşı qiymətlərlə oxuyan tələbələrə 85 manat, yaxşı-kafi qiymətlərlə oxuyan tələbələrə 55 manat, bakalavr pilləsi üzrə əla qiymətlərlə oxuyan tələbələrə 95 manat, əla və yaxşı qiymətlərlə oxuyan tələbələrə 80 manat, yaxşı-kafi qiymətlərlə oxuyan tələbələrə 50 manat, orta ixtisas təhsili müəssisələrində əla qiymətlərlə oxuyan tələbələrə 50 manat, əla və yaxşı qiymətlərlə oxuyan tələbələrə 40 manat, yaxşı-kafi qiymətlərlə oxuyan tələbələrə 35 manat, ilk peşə-ixtisas təhsili müəssisələrinin şagirdlərinə 35 manat təqaüd veriləcək.
banner

Oxşar Xəbərlər