AZƏRBAYCANDA KORONAVIRUSLA BAĞLI XƏBƏRLƏR

Tək, tənha

Tək, tənha

03 Oktyabr 2014, 12:33 1110
29 sentyabr tarixində Moskvada başlayan “Solo” VII festivalı Romeo Kastelluçinin “Yuli Sezar. Fraqmentlər” tamaşası ilə start verdi. 10 oktyabr tarixinədək sürəcək festivalda seyrçinin diqqətini cəlb edən tamaşa qalib olacaq.

Açılış tamaşası “psixi durumu zəif olanlara, uşaq və yeniyetmələrə, eləcə də hamilə və körpəsi olan analara baxmaq qadağandır” şüarı ilə diqqəti cəlb edir. Tamaşanın rejissoru orator sənətinin necə yaranması sualını çözməyə çalışır. Fikrini ifadə etməyə çalışan insanın söz uğrunda mübarizəsini çox əyani şəkildə ifadə edir.

Fransız rejissoru Mehdi Fərəcpura “Krepin son lent yazısı” adlı tamaşanı realizə edəcək. Onun təqdimatında biz əldən düşmüş qoca deyil, lent yazılarına sarılmış işlək bir insanın həyatını görürük. Özəl məqamlardan biri yanakı, qrafik xoreoqrafiyanın işini izləmək idi.

“Gənc Verterin əzabları” tamaşasında əsas rolu “Taliya” teatrının məşhur aktyoru Filipp Xoxmayr ifa edir. Xoşbəxtliyi arzulayan gənclərin həyatını rejissor Nikolas Ştemen müasir virtual mühitə uyğunlaşdırır. Tamaşada eləcə də xendikam çəkilişi, zala güllərin yağışı da var.

Sankt-Peterburqda yaşayan 16 yaşlı gənc Yuri Ryabinkanı oynayan Anton Leonovun monotamaşasında 1941-ci ilin iyunundan 1942-ci ilin yanvarına qədər gündəlikdə qeyd olunan qeydlərdə yaşananlar öz əksini tapır.

Belçika yazıçısı Yan Fabrın yazdığı rəqqas Sedrik Şarronun həyatı haqqında pyesdə ata və oğullar arasındakı anlaşılmazlıqların əsas problemini aydınlaşdırmağa çalışır. Oğul atasına rollarını dəyişmək haqda məktub yazır. Tamaşanın tərtibatı kimi rejissurası da patetikdir. Niyə də olmasın?

Fransız incəsənətinin və ədəbiyyatının tanınmış siması İvan Moranın yeni tamaşasında fransız ədəbiyyatının məşhur isimləri Prust və Selinin iki stolda yaradıcılıqları vahid tamaşada birləşir. İki yazıçının yazdıqları məktublar rejissor tərəfindən tək-tək oxunur.

Festival isə davam edir...

Aygün Süleymanova
teatrşünas