• cümə, 19 Aprel, 13:06
  • Baku Bakı 25°C

Təhsil şöbələrinin müdirləri cəzalandırıldı, direktorlar qovuldu

19.06.14 10:58 1133
Təhsil şöbələrinin müdirləri cəzalandırıldı, direktorlar qovuldu
Təhsil naziri Mikayıl Cabbarovun Goranboy rayonunda keçirilmiş qəbulu zamanı təhsil müəssisələrinin fəaliyyətində yol verilmiş nöqsanlarla bağlı daxil olmuş bir sıra müraciət operativ araşdırılıb və müvafiq tədbirlər görülüb.
Nazirliyin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, dövlət qulluqçusunun vəzifə funksiyalarını lazımi şəkildə yerinə yetirmədiklərinə görə, Göygöl Rayon Təhsil Şöbəsinin müdiri Elbrus Atayevə, Samux Rayon Təhsil Şöbəsinin müdiri Gülağa Hüseynova, Samux RTŞ-ın baş mühasibi Ərəmxan Məmmədova töhmət verilib.
Samux rayonu Sərkar kənd tam orta məktəbin direktoru Esmira Həsənova üzərinə düşən öhdəlik və vəzifə funksiyalarını kobud şəkildə pozduğuna görə, onunla bağlanmış əmək müqaviləsi ləğv edilib. Göygöl rayonu Əlimədədli kənd ümumi orta məktəbin direktoru Abduşükür Mustafayev öz xahişi ilə tutduğu vəzifədən azad olunub. Naftalan şəhər Qaşaltı-Qaraqoyunlu kənd tam orta məktəbinin müəllimi Zabitə Zeynalovanın əmək hüquqlarını pozduğuna görə təhsil müəssisəsinin direktoru Ulduz Mayılovaya töhmət verilib.
Göygöl rayonu 4 nömrəli tam orta məktəbdə nöqsanlar aşkar olunduğuna görə, direktor Aişə İsgəndərovaya, direktor müavinləri Sabir Qafarova və Durna Quliyevaya RTŞ tərəfindən sonuncu xəbərdarlıqla şiddətli töhmət verilib.
Təhsil Nazirliyi tərəfindən vətəndaşların müraciət və şikayətlərinin bundan sonra da operativ araşdırılması və müvafiq tədbirlərin görülməsi təmin olunacaqdır.
banner

Oxşar Xəbərlər