• cümə, 19 Aprel, 13:37
  • Baku Bakı 25°C

Təhsil Nazirliyi Qəbələ və Oğuz rayonlarına mediatur təşkil edib

20.09.17 13:42 1212
Təhsil Nazirliyi Qəbələ və Oğuz rayonlarına mediatur təşkil edib
Bu gün Təhsil Nazirliyinin təşkilatçılığı ilə Qəbələ və Oğuz rayonlarına mediatur təşkil edilib. "Kaspi”nin məlumatına görə, mediaturda 20-dən çox KİV nümayəndəsi və təhsil ekspertləri iştirak edib. Mediaturun təşkil edilməsində məqsəd bu bölgələrdə inşa olunan modul tipli məktəblər haqqında media nümayəndələrinə məlumat vermək və onları həmin məktəblərlə tanış etmək olub.

Mediatur iştirakçıları əvvəlcə, Qəbələnin Seyidqışlaq kəndində 80 şagird yerlik modul tipli məktəbi ilə tanış olublar. Daha sonra rayonun Aydınqışlaq kənd tam orta məktəbinin əsaslı təmirdən sonra açılış mərasiminə qatılıblar. Açılış mərasimində Qəbələ rayon icra başçısının müavini, rayon təhsil nümayəndələri iştirak edib. Sonda media nümayəndələri Oğuz rayonunda inşa olunan modul tipli məktəblərlə tanış olublar.

Təranə Məhərrəmova



banner

Oxşar Xəbərlər