• çərşənbə axşamı, 19 mart, 14:36
  • Baku Bakı 8°C

Təhsil Nazirliyi: Məktəbəqədər təhsilin yeni formalarının təşkili və icra mexanizmi hazırlanmalıdır

26.09.17 13:10 1237
Təhsil Nazirliyi: Məktəbəqədər təhsilin yeni formalarının təşkili və icra mexanizmi hazırlanmalıdır
"Azərbaycanın bəzi ərazilərində ailə tipli, icma əsaslı məktəbəqədər təhsil müəssisələrinin yaradılmasına ehtiyac var".
BunuAPA-ya Təhsil Nazirliyinin məktəbəqədər və ümumi təhsil şöbəsinin müdiri Aydın Əhmədov deyib.O bildirib ki, ailə tipli, icma əsaslı məktəbəqədər müəssisələrin yaradılması ilə bağlı məsələ yeni qəbul edilən "Məktəbəqədər təhsil haqqında” qanunda da öz əksini tapıb.
A. Əhmədov qeyd edib ki, yeni qanuna əsasən ailə tipli, icma əsaslı, qısamüddətli təlim qruplarında məktəbəqədərtəhsilin təşkili qaydasının necə olması məsələləri müəyyənləşməlidir. Nazirlik rəsmisi vurğulayıb ki, məktəbəqədər təhsilin yeni formalarının təşkili və icra mexanizmi hazırlanmalıdır: "Hazırda qanunun icrası ilə bağlı işlər aparılır. Elə yerlər var ki, orada icma əsaslı, ailə tipli məktəbəqədər təhsil müəssisələrinin yaradılmasına ehtiyac var. Amma bunun təşviqi formaları hazırlanmalıdır. Gərək, rayonlar üzrə təhlillər aparılsın. Bu işləinTəhsil Nazirliyitərəfindən həyata keçirilməsi nəzərdə tutulub”.
Qeyd edək ki, "Məktəbəqədər təhsil haqqında" qanuna əsasən məktəbəqədər təhsil müəssisəsi fəaliyyət göstərməyən ərazilərdə valideynlərin istəyi ilə ailə tipli və ya icma əsaslı, yaxud qısamüddətli təlim qrupları yaradıla bilər. Ailə tipli, icma əsaslı, qısamüddətli təlim qruplarında məktəbəqədər təhsilin təşkili qaydası müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir.
banner

Oxşar Xəbərlər