• şənbə, 20 Aprel, 14:39
  • Baku Bakı 23°C

Təhsil nazirinə müavin təyin olunub

14.08.13 08:47 1239
Təhsil nazirinə müavin təyin olunub
APA-nın Təhsil Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, prezident İlham Əliyevin avqustun 12-də imzaladığı sərəncama əsasən, Ceyhun Bayramov təhsil nazirinin müavini vəzifəsinə təyin edilib.
Yeni təyinatla bağlı Təhsil Nazirliyində toplantı keçirilib. Toplantıda çıxış edən təhsil naziri Mikayıl Cabbarov Ceyhun Bayramovu Təhsil Nazirliyinin struktur bölmə rəhbərlərinə təqdim edib.
C. Bayramov bundan öncə Təhsil Nazirliyi Aparatının rəhbəri vəzifəsində çalışıb.
Bir qədər əvvəl onun təhsil nazirinin müavini təyin olunması barədə xəbərlət yayılsa da, nazirlik bu xəbəri təkzib etmişdi.
banner

Oxşar Xəbərlər