• çərşənbə axşamı, 19 mart, 10:09
  • Baku Bakı 8°C

"Tehran Bakı ilə hərtərəfli münasibətlərin daha da inkişafına hazırdır"

14.07.20 11:00 456
"Tehran Bakı ilə hərtərəfli münasibətlərin daha da inkişafına hazırdır"
İran Prezidenti Administrasiyasının rəhbəri Mahmud Vaezi ilə Azərbaycanın Baş Nazirinin müavini Şahin Mustafayev arasında telefon danışığı olub.
APAxəbər verir ki, M.Vaezi iki ölkənin, o cümlədən Azərbaycan Respublıkasının ərazi bütövlüyünün qorunmasının İran İslam Respublikası üçün regional strategiya olduğunu bildirib və əlavə edib ki, Tehran Bakı ilə münasibətlərin hərtərəfli inkişafı, gücləndirilməsi və möhkəmləndirilməsi istiqamətində səylərin zəruriliyinə təkid edir.
Prezident Administasiyasının rəhbəri iki ölkə əlaqələrinin müxtəlif sahələrdə genişləndirilməsi istiqamətində səylərin zəruriliyinə işarə edərək deyib ki, qonşular ilə əlaqələrin inkişafı İranın xarici siyasətinin əsas prinsiplərindən hesab olunur və bu sahədə Tehran Bakı ilə hərtərəfli əməkdaşlıqların və münasibətlərin daha da inkişafına, güclənməsinə və möhkəmlənməsinə hazırdır.
M.Vaezi Şahin Mustafayevlə telefon danışığında Azərbaycan-Ermənistan sərhədinin Tovuz rayonu istiqamətində baş verən qarşıdurmada bu ölkənin bir neçə əsgərinin qətlə yetirilməsindən təəssüfləndiyini bildirib, bu ölkənin dövləti və xalqının dərdinə şərik olduğunu dilə gətirib.
Prezident Administrasiyasının rəhbəri vurğulayıb ki, İran məsələlərin və ixtilafların siyasi həll yolları və müzakirələrlə həllinə daim dəstək verir və yaranmış problemin güc tətbiq etmədən həll olunacağına ümid edir.
Telefon danışığında Şahin Mustafayev İran dövlətinin və xalqının baş verən hadisə ilə bağlı başsağlığına görə təşəkkür edib. O, həmçinin iki ölkə arasında hərtərəfli əməkdaşlıqların və münasibətlərin inkişafına münasibətdə İranın səylərinə görə də təşkkürünü bildirib, iki ölkə rəsmilərinin bu istiqamətdə daha çox səylərinin zəruriliyini vurğulayıb.
Danışıqda tərəflər iki ölkənin koronavirus şəraitinin mövcudluğuna baxmayaraq, ticarət mübadiləsinin bərqərar olunmasına işarə edərək, sərhədlərin açıq olması üçün rəsmilərin səylərindən, eləcə də son aylarda iki ölkənin ticarət mübadiləsinin 14% artdığından məmnunluq ifadə ediblər.
M.Vaezi və Ş.Mustafayev, həmçinin avtomobil və dəmir yolu əlaqələrinin genişləndirilməsi, Şimal-Cənub dəhlizinin təkmilləşdirilməsi ilə bağlı iki ölkənin müştərək sərhədində aparılan fikir mübadiləsi və danışıqlara işarə edərək, iki ölkə arasında münasibətlərin və əlaqələrin koronavirus xəstəliyinin yayılmasından əvvəlki vəziyyətə tezliklə qayıdacağına ümidlə yanaşdıqlarını qeyd ediblər.
banner

Oxşar Xəbərlər