• şənbə, 20 Aprel, 14:22
  • Baku Bakı 23°C

Təəssüf - Onları klonlaşdırmaq mümkün deyil

11.05.17 14:55 840
Təəssüf - Onları klonlaşdırmaq mümkün deyil
"Atletiko”nun baş məşqçisi Dieqo Simeone Çempionlar Liqasının yarımfinalında "Real”la keçirilən cavab qarşılaşmasından (2:1) sonra fikirlərini bildirib.
Kaspi.az xəbər verir ki, Simeone finala vəsiqə şanslarını ilk oyunda azaltdıqlarını deyib. O, bu qarşılaşmada "Atletiko”nun əsl gücünü nümayiş etdirə bildiklərini vurğulayıb:
"Çox yüksək səviyyəli komanda ilə oynadıq. Ancaq final şansımızı ilk qarşılaşmada xeyli azaltmışdıq. Sadəcə, bu gün "Atletiko”nun nəyə qadir olduğunu göstərdik. Sübut etdik ki, Avropanın nəhəng klubları ilə rəqabət aparmağa qadirik.
Çox təəssüf ki, Qodinlə Qabini klonlaşdırmaq mümkün deyil. Onlar karyeralarını "Atletiko”ya həsr ediblər. Qarşılaşmaya çox yaxşı hazırlaşmışdıq. Ancaq İskonun qolu bu tapşırığın həllini mümkünsüz etdi. "Real”ın qapıçısı Keylor Navasın möhtəşəm oyununu da qeyd etmək lazımdı”.
banner

Oxşar Xəbərlər