• şənbə, 20 Aprel, 01:33
  • Baku Bakı 15°C

TƏBİB peyvəndlə bağlı saxta sənəd əldə olunması xəbərlərinə münasibət bildirib

05.04.21 16:15 1251
TƏBİB peyvəndlə bağlı saxta sənəd əldə olunması xəbərlərinə münasibət bildirib
Tibbi Ərazi Bölmələrinin İdarəetmə Birliyi (TƏBİB) son zamanlar müxtəlif KİV-lərdə və sosial şəbəkələrdə koronavirus əleyhinə peyvəndin vurulması ilə bağlı vətəndaşların saxta sənəd əldə etməsi barədə məlumatlara münasibət bildirib.
Kaspi.az xəbər verir ki, qurum yaydığı açıqlamada hər kəsi sözügedən neqativ hallardan çəkinməyə çağırıb.
Qeyd olunub ki, koronavirus xəstəliyinin yayılmasının qarşısını almaq üçün Azərbaycan dövləti ilk gündən peyvəndlərin əldə edilməsində böyük səy göstərib və hazırda ölkədə "Vaksinasiya Strategiyası”na uyğun olaraq, bu proses dövlət hesabına könüllü şəkildə uğurla həyata keçirilir: "Unutmayaq ki, vaksin bizim sağlamlığımızın qorunması və yenidən normal həyata dönə bilməyimiz üçün yeganə vasitədir. TƏBİB yalnız Abşeron, Sumqayıt və regionlar da daxil olmaqla vaksinasiya prosesinin təşkili ilə məşğuldur və yuxarıda sadalanan neqativ hallarla qarşılaşdığınız zaman hüquq-mühafizə orqanlarına müraciət etməyiniz xahiş olunur".
banner

Oxşar Xəbərlər