• cümə axşamı, 28 mart, 15:18
  • Baku Bakı 16°C

Teatr-məktəb tandemi

02.05.16 11:35 2196
Teatr-məktəb tandemi

Teatr elə bir ocaqdır ki, ona məhəbbət əvvəl ailə, sonra orta, daha sonra ali məktəb səviyyəsində təlqin olunmalıdır.Azərbaycanda fəaliyyət göstərən teatrlarımızın əksəriyyətində uşaq, yeniyetmə və gənclərimiz üçün kifayət qədər tamaşalar hazırlanır. Məktəblərdə isə bilet satışına qadağa qoyulub. "Bəs görəsən, məktəblərdə bilet satışı qadağan olunduqdan sonra teatrlarımız şagirdlər üçün nəzərdə tutulan tamaşaların biletlərini necə satırlar? Məktəblərlə teatrların əlaqəsi hansı səviyyədədir? Paytaxtdan bir qədər kənarda yerləşən məktəblər teatrla necə əlaqə qururlar?” kimi suallarımıza cavab axtarmağa çalışdıq. Bu suallarla bir neçə teatr direktoruna müraciət etdik. Öyrəndik ki, bir çox teatrların repertuarında səyyar tamaşalar var ki, yaradıcı heyət həmin tamaşaları şəhərdən kənara çıxaraq nümayiş etdirir.

Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının direktoru, Əməkdar artist Mübariz Həmidov bildirdi ki, teatrın repertuarında yer alan tamaşaların yarısı gündüz, yarısı axşam tamaşalarından ibarətdir: "Axşam seanslarında nümayiş olunan tamaşaların əksəriyyəti orta məktəblərdə tədris olunan dramaturqların əsərləridir. Biz həm yerli, həm də xarici dramaturqlara müraciət edirik. 1928-ci ildən bu yana, yəni yaranandan teatrımızda pedaqoq ştatı var. Onlar gənclər və yeniyetmələrlə işləyirlər. Fəaliyyətləri ondan ibarətdir ki, məktəblərlə, teatrla əlaqə qursunlar, teatrın repertuarında yer alan tamaşaları məktəbdə ədəbiyyat dərslərində keçirilən mövzularla tutuşdursunlar, teatrı təbliğ etsinlər. Bu gün məktəblərlə əlaqəmiz çox mükəmməl səviyyədədir. Əminliklə deyə bilərəm ki, könüllülük prinsipi əsasında məktəblərin valideyn komitələri, ədəbiyyat müəllimləri kassalarımıza müraciət edirlər. Valideynlərin iştirakı ilə biletlər əldə olunur və şagirdlər bizim tamaşalarda iştirak edirlər. Əksər hallarda məktəb kollektivləri tamaşalardan sonra müzakirələr aparır, diskussiya edirlər. Bəzən bu diskussiyaya teatrın yaradıcı heyəti də qoşulur. Uşaqlar teatrın yaradıcı heyətinə suallar verirlər. Bir neçə dəfə şagirdlər repertuarımızda yer alan "Mən Səni Sevirəm” tamaşasını izlədikdən sonra gedib, həmin əsəri məktəbdə səhnələşdiriblər. Bu tamaşanın əsas obrazlarının ifaçıları məktəblərdə uşaqlarla görüş keçiriblər”.

Teatrın direktoru məktəblərlə daha sıx əlaqələr yaratmaq üçün müxtəlif layihələr həyata keçirdiklərini də xatırlatdı: "Biz ASSİTEJ-lə birgə orta ümumtəhsil məktəbləri arasında bir sıra müsabiqələr və layihələr həyata keçirmişik. Onlardan "Biz teatrı sevirik”, "Teatr, təhsil, mənəviyyatımız”, "Mən teatr haqqında danışmaq istəyirəm” və sair kimi layihələri misal göstərə bilərəm. Bizim daimi işlədiyimiz məktəblər var. Məktəb müəllimləri öz şagirdlərinə tövsiyə edirlər, valideynlər öz uşaqlarını həvəslə teatra gətirirlər. Uşaqlar ola bilər ki, baxdığı əsəri oxumasın. Amma onu tamaşaçı kimi izləyəndə o şagirdlərin yaddaşında həkk olunur. Biz hazırda yeni layihələr üzərində çalışırıq”.

Hər hansı uşaq tamaşasını hazırlayarkən şagirdlərin də fikrini nəzərə aldıqlarını deyən M.Həmidov bildirdi ki, teatra tamaşaçı axınının gücləndirmək üçün mütəmadi olaraq avtobus servisindən yararlanaraq səyyar tamaşalar təşkil edirlər: "Bu üsulla şəhərdən kənarda yaşayan məktəblərə gedirik. Eyni zamanda, həmin servisdən istifadə edərək kənarda yaşayan məktəblərdəki şagirdləri teatrımıza gətiririk. Teatr özü şəraiti olan məktəblərdə tamaşalar nümayiş etdirir. Əsasən Suraxanı rayon məktəbləri ilə işləyirik. İldə bir dəfə bölgələrə qastrol səfərlərinə gedirik. Bizim cari repertuarımız demək olar ki, bütün məktəblərə təqdim olunur. Məktəb özü hansı tamaşanı seçirsə və məktəbin akt zalı tamaşa göstərməyə imkan verirsə, biz o zaman həmin tamaşanı orada göstəririk. Yox əgər məktəbin səhnəsi buna imkan vermirsə, biz onlara başqa tamaşa təklif edirik. Tamaşalarımızın 95 faizi kənarda oynanılmağa imkan verir”.

Abdulla Şaiq adına Azərbaycan Dövlət Kukla Teatrının direktoru Rəşad Əhmədzadəbizimlə söhbətində bildirdi ki, davamlı şəkildə məktəblərlə sıx əlaqə saxlayırlar: "Elə məktəblər var ki, mütəmadi olaraq müəyyən günlər çərçivəsində uşaqları tamaşaya gətirirlər. Onlar özləri saytımız vasitəsi ilə tamaşanın vaxtını öyrənir, vaxtaşırı uşaqları teatra gətirirlər. Şəhərimizdə yerləşən internat və uşaq evləri üçün vaxtaşırı xüsusi tamaşalar göstəririk.

Bizim məktəblərlə əlaqələrimiz formalaşıb. Heydər Əliyev adına təhsil mərkəzində bizim tamaşalarımız olur. Kukla teatrının tamaşalarını hər hansı təhsil kompleksində nümayiş etdirmək üçün onların səhnəsi, işıq effektləri buna imkan verməlidir. Bilirsiniz ki, kukla teatrının tamaşalarının əksəriyyətində səhnə və işıq böyük rol oynayır. Repertuarda elə tamaşalar var ki, onları məhz məktəblərdə və bağçalarda oynamaq üçün hazırlamışıq. Məktəblərə getməkdən çox şagirdləri teatrımıza dəvət edirik”.

Bundanbaşqa, öyrəndik ki, hərayteatrdafəaliyyət göstərən "Oyuq” studiyasında elə tamaşaçılar ilə yaşıdolanbalacaaktyorların ifasındabirneçətamaşaoynanılır.Xeyirxahlıq, böyüklərə hörmət, səxavət və digərinsanihisslərin aşılandığıbuəsərlər təmənnasız göstərilir vəbutamaşalarauşaqevlərinin sakinləri,internatməktəblərinin şagirdləri tamaşaçıkimidəvət edilirlər.Həmçinin əlillər cəmiyyətindən, qaçqın vəköçkünailələrindən,yaxud valideynhimayəsindən məhrum uşaqlarıntamaşalarabaxmaqistəyi ilə əlaqədar müraciətlərolduqda,teatrrəhbərliyionlara

hərtamaşadamüvafiqsaydayerayırır.

Bakı Uşaq Teatrının direktoru İntiqam Soltan bizimlə söhbətində bildirdi ki, teatrların məktəbə girişi çətinliklərlə alınır: "Məktəbə daxil olduqdan sonra şagird və müəllim heyəti bizdən son dərəcə razı qalırlar. Bakı Uşaq Teatrının hər yaşa uyğun tamaşaları var. Azyaşlı uşaqlar üçün hazırladığımız tamaşalara belə maarifləndirici məqamlar əlavə edirik. Repertuarda yer alan tamaşaların 99 faizində vətənpərvərlik ruhu hiss olunmaqdadır”.

İntiqam Soltan deyir ki, digər teatrlara nisbətən onların teatrının çox maraqlı bir broşuru var: "Məktəblərə gedərkən həmin broşuru onlara veririk. Məktəb rəhbərlərini hansı mövzu maraqlandırırsa, həmin tamaşanın afişasını, tamaşa haqqında qısa məzmunu onlara təqdim edirik. Adətən tamaşaları məktəb direktorları seçir. Biz onlara siyahı təqdim edərkən nümayiş etdirə biləcəyimiz tamaşaların hansı yaş qrupuna aid olduğunu da bildiririk”.

Dünən 1 saylı Şuşa Orta məktəbində "Həyatla oyun” tamaşasını nümayiş etdirdiklərini qeyd edən İ.Soltan şagirdlərin və müəllimlərin tamaşadan razı qaldıqlarını da qeyd etdi.

Direktor bildirdi ki, bu gün (aprelin 28-i) tezdən şəhər bağçalarının birində "Maşa və ayı”, günortadan sonra isə Masazırda yerləşən Zəngilan qaçqınları üçün yaşayış kompleksində "Həyatla oyun” tamaşasını nümayiş etdirəcəklər.

Sabah isə 191 saylı orta məktəbin şagirdlərinə "Şrek və dostları” tamaşası təqdim olunacaq.

Xəyalə Rəis

banner

Oxşar Xəbərlər