• şənbə, 20 Aprel, 02:10
  • Baku Bakı 15°C

Tbilisidə “Salome Zurabişvili Fondu”nun təqdimatı olub

09.11.19 11:45 1680
Tbilisidə “Salome Zurabişvili Fondu”nun təqdimatı olub
Tbilisidə Gürcüstan Prezidentinin adını daşıyan "Salome Zurabişvili Fondu”nun təqdimatı olub.
AZƏRTAC xəbər verir ki, fondu Prezident Salome Zurabişvili bir müddət əvvəl yaradıb.
Təqdimat mərasimində çıxış edən dövlət başçısı deyib ki, o, təşkilatın fəxri təsisçisi olacaq və fondun idarə olunmasında şəxsən iştirak etməyəcək.
S.Zurabişvili qeyd edib ki, fond Gürcüstan üçün ictimai əhəmiyyət kəsb edən məsələlərin həllini dəstəkləyəcək.
Yeni təşkilatın strateji fəaliyyət istiqamətlərinə Uşaq Xərçəngi Mərkəzinin gücləndirilməsi, qadınların hüquqlarının müdafiəsi, ehtiyacı olan və xəstə qadınlara dəstək, regional inkişafın təşviqi, Gürcüstan mədəniyyətinin təbliği, ətraf mühit və biomüxtəlifliyin qorunması daxildir.
Fondun fəaliyyətinin həyata keçirilməsi üçün mövcud və potensial tərəfdaşların dəstəyindən istifadə olunacaq. Fond ictimai əsaslarla fəaliyyət göstərəcək.
banner

Oxşar Xəbərlər