• cümə, 29 Mart, 15:57
  • Baku Bakı 14°C

Tbilisidə azərbaycanlı rejissorun yeni tamaşası təqdim olunub

29.12.19 12:30 501
Tbilisidə azərbaycanlı rejissorun yeni tamaşası təqdim olunub
Tbilisidəki "Atoneli” teatrında gənc azərbaycanlı rejissor və aktyor Anar Rafiqoğlunun "Stendap komediya” janrında hazırladığı "Zarafat kolleksiyası 6” tamaşasının təqdimatı olub.
AZƏRTACxəbər verir ki, "Stendap komediya” zamanı ilk dəfə səhnəciklər də nümayiş etdirilib. Səhnəciklərdə Gürcüstanın "Era Teatrı”nda çalışan azərbaycanlı aktyorlar da çıxış ediblər.
Gənc azərbaycanlı aktyorların yeni performansları tamaşaçılar tərəfindən alqışlarla qarşılanıb.
Tamaşadan sonra Azərbaycanın Gürcüstandakı səfirliyinin məsul əməkdaşı Rəhim Rəhimzadə və başqaları çıxış edərək Anar Rafiqoğlunu və aktyorları təbrik edib, onlara uğurlar arzulayıblar.
Gürcüstanda Azərbaycan dilində ilk dəfə bu janrda tamaşanı Anar Rafiqoğlu hazırlayıb. Gənc rejissor və aktyor bu yolla cəmiyyətdə baş verən hadisələri bir nəfərin dilindən zarafatla tamaşaçılara çatdırır.
banner

Oxşar Xəbərlər