Tbilisidə ATƏT-in KİV azadlığı və jurnalistlərin təhlükəsizliyinə həsr olunmuş konfransı keçirilir

Tbilisidə ATƏT-in KİV azadlığı və jurnalistlərin təhlükəsizliyinə həsr olunmuş konfransı keçirilir

Təfsilat
09 Oktyabr 2019, 13:30 95
Tbilisi şəhərində "Dəyişən şəraitdə KİV azadlığı və jurnalistlərin təhlükəsizliyinin möhkəmləndirilməsi” mövzusunda ATƏT-in XVI media konfransı keçirilir.
AZƏRTAC xəbər verir ki, ATƏT-in Media Azadlığı Ofisinin təşkil etdiyi konfransda mediada normativ-hüquqi bazalar, əməyin təhlükəsizliyi və yeni media texnologiyaları ilə bağlı məsələlər müzakirə olunur.
Toplantı çərçivəsində regionda media azadlığı, informasiyanın keyfiyyəti, jurnalistlərin təhlükəsizliyi, media azadlığı və plüralizmi mövzularına həsr olunan dörd panel sessiya təşkil olunacaq.
Azərbaycanı regional konfransda Mətbuat Şurasının sədri, Milli Məclisin deputatı Əflatun Amaşov, Prezident Administrasiyasının İctimai-siyasi məsələlər şöbəsinin baş məsləhətçisi Kamran Həsənov və müxtəlif media qurumlarının nümayəndələri təmsil edirlər.