• cümə, 29 Mart, 01:14
  • Baku Bakı 7°C

Tarix-mədəniyyət qoruqları yaradılır - Sərəncam

22.10.19 17:17 799
Tarix-mədəniyyət qoruqları yaradılır - Sərəncam
Prezident İlham Əliyev tarix-mədəniyyət qoruqlarının yaradılması haqqında sərəncam imzalayıb.
Sərəncamda qeyd edilir ki, "Çıraqqala” və "Şabran şəhəri” tarixi qoruqlarının ərazisi "Çıraqqala–Şabran” Dövlət Tarix-Mədəniyyət Qoruğu elan edilsin.
Şəmkir rayonunun tarixi ərazisi "Qədim Şəmkir Şəhəri” Dövlət Tarix-Mədəniyyət Qoruğu elan edilir.
Ağsu rayonunun tarixi ərazisi "Orta Əsr Ağsu Şəhəri” Dövlət Tarix-Mədəniyyət Qoruğu elan edilir.
Mədəniyyət Nazirliyi "Nizami Gəncəvi məqbərəsi” kompleksinin Gəncə Dövlət Tarix-Mədəniyyət Qoruğunun tərkibində fəaliyyətini təmin edəcək.
Mədəniyyət Nazirliyi "Çıraqqala–Şabran”, "Qədim Şəmkir Şəhəri” və "Orta Əsr Ağsu Şəhəri” Dövlət Tarix-Mədəniyyət qoruqlarının idarə olunmasını təmin edəcək.
Nazirlər Kabinetinə tapşırılır ki, "Çıraqqala–Şabran” Dövlət Tarix-Mədəniyyət Qoruğunun sərhədlərini və mühafizə zonalarını Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi, Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi, Azərbaycan Milli Elmlər Akademiyası, Şabran və Siyəzən rayon icra hakimiyyətləri ilə birlikdə müəyyənləşdirib təsdiq etsin; "Qədim Şəmkir Şəhəri” Dövlət Tarix-Mədəniyyət Qoruğunun sərhədlərini və mühafizə zonalarını Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi, Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi, Azərbaycan Milli Elmlər Akademiyası və Şəmkir Rayon İcra Hakimiyyəti ilə birlikdə müəyyənləşdirib təsdiq etsin; "Orta Əsr Ağsu Şəhəri” Dövlət Tarix-Mədəniyyət Qoruğunun sərhədlərini və mühafizə zonalarını Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi, Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi, Azərbaycan Milli Elmlər Akademiyası və Ağsu Rayon İcra Hakimiyyəti ilə birlikdə müəyyənləşdirib təsdiq etsin; "Çıraqqala–Şabran”, "Qədim Şəmkir Şəhəri” və "Orta Əsr Ağsu Şəhəri” Dövlət Tarix-Mədəniyyət qoruqlarının ərazilərinin xüsusi rejimini 3 ay müddətində müəyyən edib Azərbaycan Respublikasının Prezidentinə məlumat versin; "Çıraqqala–Şabran”, "Qədim Şəmkir Şəhəri” və "Orta Əsr Ağsu Şəhəri” Dövlət Tarix-Mədəniyyət qoruqlarının idarə olunması, qorunması, təbliği və fəaliyyətinin maddi-texniki təminatı ilə bağlı zəruri tədbirlər həyata keçirsin; bu Sərəncamdan irəli gələn digər məsələləri həll etsin.
banner

Oxşar Xəbərlər