• şənbə, 20 Aprel, 14:21
  • Baku Bakı 23°C

TAP konsorsiumu Azərbaycan qazının Avropaya sınaq nəqli barədə

08.09.20 13:30 460
TAP konsorsiumu Azərbaycan qazının Avropaya sınaq nəqli barədə
Trans-Adriatik boru kəmərinin (TAP) istismara verilməsinə hazırlıq, eləcə də sınaqlar çərçivəsində boru kəməri Türkiyə-Yunanıstan sərhədindən Albaniyanın Fiere şəhərindəki kompressor stansiyasınadək təbii qazla doldurulub.
Bunu Trend-ə TAP konsorsiumunun xarici əlaqələr üzrə rəhbəri Vüqar Veysəlov deyib.
Onun sözlərinə görə, boru kəmərinin dəniz və İtaliya sahələrinin sınaqları və istismara verilməsi cədvələ uyğun həyata keçiriləcək ki, 2020-ci ilin dördüncü rübündə "Şahdəniz 2” layihəsindən ilk qazın nəqlini və TAP-ın istismara verilməsi prosesinin başlanğıcını təmin etmək mümkün olsun.
Qeyd edək ki, bir neçə gün əvvəl "Şahdəniz 2” yatağından Trans-Anadolu qaz kəməri ilə (TANAP) Avropaya qaz nəqlinin sınaqları başladığı barədə məlumat verilmişdi.
banner

Oxşar Xəbərlər