• cümə axşamı, 28 mart, 13:48
  • Baku Bakı 16°C

TAP-ın Albaniyada və İtaliyadakı sahələri yaxın həftələrdə və aylarda qazla doldurulacaq

03.04.20 15:37 883
TAP-ın Albaniyada və İtaliyadakı sahələri yaxın həftələrdə və aylarda qazla doldurulacaq
Yaxın həftələrdə və aylarda Trans-Adriatik qaz kəmərinin (TAP) Albaniyada, daha sonra İtaliyadakı sahələrinin qazla doldurulması planlaşdırılır.
Bunu Trend-ə TAP direktorlar şurasının sədri Murad Heydərov deyib.
O bildirib ki, TAP-ın reallaşdırılması üzrə işlər Yunanıstan, Albaniya və İtaliyada koronavirusla mübarizə ilə bağlı sanitar normalara uyğun davam etdirilir:
"Biz 2020-ci il ərzində qaz tədaükü üçün layihənin reallaşdırılmasını təmin etmək istəyirik. Karantin tədbirləri ilə bağlı yaranan problemlərə baxmayaraq, hazırda işlər xüsusi dəqiqliklə davam etdirilir".
M.Heydərov əlavə edib ki, bu cür misli görünməmiş dövrdə TAP-ın ilkin məqsədi personalın, podratçı və subpodratçıların sağlamlığı və təhükəsizliyinin qorunmasıdır:
"2020-ci ilin fevralın sonunda TAP layihəsinin 93,5 faizi başa çatıb. Yaxın həftələrdə və aylarda Albaniyada, daha sonra İtaliyadakı sahələrin qazla doldurulması planlaşdırılır. Bununla belə, biz COVID-19-un yayılması ilə bağlı vəziyyəti də diqqətdə saxlayırıq. Biz planlaşdırılmış tədbirlərimizi iştirakçı ölkələrin tələblərinə uyğunlaşdırmağa hazırıq. Layihəyə cəlb olunan bütün insanların sağlamlığı bizim üçün birinci dərəcəli tapşırıqdır".
Qeyd edək ki, Cənub Qaz Dəhlizinin Avropa hissəsini TAP boru kəməri təşkil edir. 878 km uzunluğa malik bu kəmər Türkiyə-Yunanıstan sərhədində TANAP-a birləşir. Boru kəməri Avropada Yunanıstan, Albaniya və Adriatik dənizinin altından keçərək, İtaliyanın cənubunda bitir. 2020-ci ildə istifadəyə verilməsi planlaşdırılan TAP-ın ilkin ötürücülük qabiliyyəti 10 milyard kubmetr olacaq. Gələcəkdə əlavə kompressorlar vasitəsilə bu həcmin 20 milyard kubmetrə çatdırılması gözlənilir.
banner

Oxşar Xəbərlər