
TAP iki ildən bir bazar sınaqları keçirəcək - İcraçı direktor
İqtisadiyyat
16 Yanvar 2021, 15:15
166
Trans-Adriatik boru kəməri (TAP) konsorsiumu buraxılış gücünün ildə 20 milyard kubmetrədək artırılmasını təklif etmək üçün iki ildən bir bazar sınaqları keçirəcək.
Kaspi.az xəbər verir ki, bunu TAP-ın icraçı direktoru Luka Skyeppati deyib.
O bildirib ki, sınaqlar Yunanıstan, Albaniya və İtaliyanın tənzimləyici orqanları tərəfindən təsdiq olunmuş qaydalar əsasında keçiriləcək.
İcraçı direktor xatırladıb ki, TAP bazar sınaqlarını hələ 2019-cu ilin iyulunda işə salıb: "Bazar sınaqlarının icbari olmayan mərhələsi artıq başa çatıb. İcbari mərhələ bu ilin iyulunda başlamalıdır". (Trend)
Digər xəbərlər