AZƏRBAYCANDA KORONAVIRUSLA BAĞLI XƏBƏRLƏR

Tanrıya “ana” demək olarmı?..

Tanrıya “ana” demək olarmı?..

18 May 2020, 13:45 225
Və yaxud Əziz Yazarın "Qiyamət”indən zühur edən həqiqətim...
 
"Tanrının elan elədiyi müharibədir qiyamət! Qiyamətin zəlzələlərdən, insanların törətdiyi müharibələrdən fərqi dirilənlərdən heç kimin yaralanmamasıdır. Zəlzələ və müharibə öldürərək qırıb tökən, qiyamət bir yerə toplayaraq dirildəndir. Hər kiçik dağıntı bir ölünü diri püskürür”. 
 
Bu parça yazıçı Əziz Yazarın yeni çapdan çıxmış "Qiyamət” adlı romanındandır. Müəllif "Qiyamət”iylə fantastik ədəbiyyatın antik dövrünə - Kallisfenin "Böyük  İsgəndərin tarixi"nə (nəhənglər, adamyeyənlər, cırtdanlar, çirkinlər ölkəsinə) səyahət edərək, renesans dövründə ayaq saxlayır, Dantenin "İlahi komediya”sında ləngiyir, tarixdə izi olanları (dağıdıcı elm adamlarını, xeyirsiz yazarları, yaltaqları, qaniçənləri, haqqı yeyənləri və s) "yerbəyer” edir, layiqli cəzasını verir və geriyə dönərək - Cənnətdən Ərafa, sonra isə Cəhənnəmə ("İlahi komediyaya tərs baxış) dönür. Bu Cəhənnəm isə son deyil,  Cənnətin yolunu axtaran başlanğıcdır. 
XXI əsrin kosmosu fəth edən (Herbert Uells "Dünyalar döyüşü”, "Görünməz adam”, "Moreaunun adası” və s.) elmi fantastikaları "Qiyamət”də   utopik fantastikaya (Fransua Rablen  "Qarqantua və Pantaqruel") dönür və bu dönəmdə də qərar tutmur, yenidən XXI əsrə elmə yol alır. Bu yol isə əsərin müsbət qəhrəmanları Alicənab və Dindarın (elmin və dinin) birliyindədir. "O,  bizim önümüzdə gedən üçrəngli, işıqlı Tanrı bayrağıydı. Yaşıl onun həyatıydı, qırmızı xalq eşqiylə döyünən ürəyi, mavi isə mərhəməti”.
 
Fantastik əsərlərə utopiyanın məhsulu, gerçəkdən uzaq, uydurma kimi yanaşırıq bəzən, əslində isə, elmi-fantastik janrın meydana gəlməsi, məsələn, realizmh dövründə  yazılan əsərlər (Jül Vern "Yerin mərkəzinə səyahət”, "Yerdən Aya”, "80 gün dünya ətrafında” və s) kosmik və sualtı gəmilərin hələ ixtira olunmadığı bir dövrdə gələcəyə güzgü idi. Əziz Yazarın bu əsəri isə cəmiyyətə özünüdərk, özünəqayıdış, çağırışları ilə yanaşı, savadlandırmaq missiyasını da üzərinə götürən, keçmişə - Haqqa dön güzgüsüdür. Əsərdə cərəyan edən siyasi, elmi, dini hadisələr oxucunu maariflənməyə, tarixi, elmi vərəqləməyə sövq edir.
 
"Qiyamət” romanı ilk səhifədəncə oxucunu ələ almağı bacarır, "Bütün dəlmə-deşiklərdə gizlənməyi bacaran ölüm hər yerdən püskürməyə başlayır və püskürərkən deyir: Ölməlilər ölməlidir!” ayların, illərin, yüzilliklərin ölüləri bir-bir xortlamağa başlayır, hərə özünəlayiq dəlmə-deşikdən çıxır... Bu püskürən ölümlərin, ölməlilərin arasında oxucunun mehrinə sığına biləcəyi iki varlıq da var – fanilər içərisindən gəlib əbədi olacaqlar – Alicənab və Dindar. Alicənab hadisələrlə bir doğulur, yəni əbədiyyətdən gəlib, əbədiyyəti yaşadanlardandır, mələkdir, Dindar isə sonradan zühur edən mələksimalıdır, mələk olmağa namizəddir, əməlləri və keçmişi ilə... Qaranlıqlar arasındakı bu iki işıq Elm və Din ilk dialoqlarında eyni yolun yolçusu olacaqlarından xəbər verir. Alicənab (Elm) Dindara (Əbədiyə, Aliyə) deyir: "Əslində bu qiyaməti biz özümüz törətmiş, özümüz aləmi bir-birinə qatmışıq. Ətrafda bu gördüyün hay-küylü qəlpələri quş kimi uçuran bizim hikkəmizin tufanıdır”. Din isə "Müqəddəs hüzura qədər sizinlə olsam, anlaylacağam” deyir. Onları qiyamətdə bir araya gətirən nədir? Yoxsa onlar dünyamızı xilas etməyə gəliblər? Elə bu ümid dolu suallarla hadisələrin davamına tələsir oxucu.
 
Onlar bir olarlarsa, Beatrisi -  sevgini (Beatris Alicənabın – sonda biləcəyik ki, Aligyerinin fani dünyada qovuşa bilmədiyi, əbədiyyətdə daim axtardığı sevgilisidir. Burada adın məhz Beatris seçilməsini  (böyük Dantenin əzablı sevgisinə sayğı kimi qiymətləndirdim. İradə A.) bulacaqlar...
Əziz Yazarın "Qiyamət”i zamanımızda yazılan fantastikalardan həm də ona görə fərqlənir ki, getdikcə tündləşən şəraba bənzədilən 70 ili ("Sizi öldürən xalq yox, xalq cildinə girmiş 70 illik şərabdır” (Sovet dönəmi)) əhatələyən hadisələrin cərəyanı yüzillərlə formalaşır. Bu yüzilləri ayırmaq və nəticə çıxarmaq üçünsə oxucu bir az da mütaliəli olmalıdır. Əslində, "Qiyamət” siyasi-tarixin fantastikaya bürünmüş əksi kimi çox təqdirəlayiqdir.
 
Kitabda 20 yanvar qırğınını törədən Xəritəbaş (Qorbaçov), Qarabağ hadisələrinin baiskarları, torpaq üstündə millətləri bir-birinə düşmən edənlər, bomba ixtira edən alimlər, şarlatanlar, yaltaqlar, özgəsinin əməyini yeyən, özgəsinin haqqına girən, özgəsinin taleyini oyuncaq edib, özgə xoşbəxtliyinə göz dikənlər də çox sərt şəkildə dara çəkilir. Onlar əzab verdiyi adamların xatirəsinə girib verdikləri işgəncəni yaşayırlar, həm də dönə-dönə, illərlə, imdad umduqları ölümdən çox-çox uzaqlarda ("Guya dünyada həmişə öz şəxsi həyatınızı yaşamışdınız? Kimin gəldi fikirləriylə o qədər gün keçirmişdiniz ki! Cilddən-cildə girmişdiniz”)...
Haşiyə: Bir şeirimdə müharibələrə, bala qırğınına imza atan kişiləri dara çəkmişdim. "Qiyamət əsərində də əliqanlı kişilər analar tərəfindən lənətlənir.
 
Romanda yer alan şeir parçaları antik ədəbiyyat nümunələrini xatırlatmaqla ona mistik ruh qatır. Əsər boyunca diqqət çəkən aforizmlər isə müəllifin çox geniş dünya görüşündən, səmavi elmlərə sahib olmasından, dini elmi şəkildə qavramasından xəbər verir: "Mübahisə müharibənin qapısıdır”, "ən alçaq insan belə heç vaxt öz insaniliyini axıracan itirmir”, "biz bir-birimizdə əks olunan iki həqiqətik. Fərqli olsaq belə, eyni mənbədənik (şimşək və yağış), "Siz də - Tanrı və insan bu cür fərqli və eynisiniz”, "Siz (insanlar) Tanrının güzgüsüsünüz. O sizdə görünür”. 
 
Burada insan şüurunda sual işarələri ilə dolub-daşan fərqli bir fəlsəfi bucaq da yaranır -  Sufizm, Hürufizm sanki bir-birinə qarışır. Fəlsəfənin atası Pifaqorun ("Mən öz yerimi bilirəm. Bilirəm ki, hikmət yalnız Tanrı biliyidir və məndə ola bilməz. Mən ancaq hikməti sevə bilərəm") hikmətini insanda tapır.  Xristian fəlsəfəsindəki bütün qeyri-həqiqi varlıqları yaradan Allah o varlıqda özünü yaradır həm də...  Nitsşedə ölən Tanrı, Nitsşenin öldürdüyü Tanrı  elə Nitsşedə - İnsanda doğulur  ("Hər insan sonsuz kainat boydadır. O kainatın Yer adlı planetində biz hamımız varıq. Hamımız hər birimizin içindəyik” Əziz Y). "Tanrının özünü bizə tanıtması bizi özümüzə tanıtmaq deməkdir. Onu, yəni özümüzü tanımalıyıq. Bu, güzgüyə baxan insan misalidir. Güzgüdəki şəkil, güzgüyə baxansa onun əslidir. Tanrı güzgüyə baxanlar, biz isə onun şəkli. Biz şəkil olduğumuz üçün çəkimiz, ölçümüz var. O, əsil olduğu üçün əvvəli və sonu yoxdur. ...Mən sənin üzünü çəkirəm, sən də mənim”. İnsana verilən ən ali dəyər və yeni fəlsəfi terminə yol...  Yaxud, "İntihar etmək istəyənlər göldə sadəcə təlxəklik edir, boğulmaq yox, yaşamaq istəyirdilər”. Uzun illərdir beynimdə düyün düşən sorunun çox sadə izahını buldum - intihar etmək istəyənlər ən çox yaşamaq istəyənlərdir.
 
Əsərdə diqqətimi çəkən nüanslardan biri də, XXI əsrdə küncə çəkilən kitaba böyük dəyər veriliməsidir. "...bir-birimizi yaradırıq. Kitablarla yaradırıq”, "Ağıllı insanlar kitabı küçədə küləklərin vərəqlədiyini görəndə bilirlər ki, bu şəhərdə artıq qiyamət qopub, ya da indilərdə qopacaq. Amma çoxunuz nəinki adi, hətta müqəddəs kitablara qarşı belə təcavüzkar davrandınız”.  Kitabın müqəddəsliyini bu qədər qabardan bənzətməyə heyran qalmaya bilmədim...
 
Tərbiyələndirmək – nəsihət etmədən, üstlük sərgiləmədən tərbiyələndirmək də əsərin mahiyyətlərindən biridir. Son dövrün – qiyamətin gəlişindən xəbər verən (xəstəliklər, qırğınlar, müharibələr, tufanlar, sellər və s.) son zamanın bir üzqarası da, insanların geyim mədəniyyətindən uzaq düşməsidir. "Geyim ən ilkin insanilik simvoludur. İnsan ilk və yeganə geyinmiş varlıqdır”, deyən müəllif, qiyamətdə rəzalətin ən ağır cəzası kimi günahkarları soyundurur...
 
Kitabın ən maraqlı yeri Beatrislə Aligyerinin görüş səhnəsində Beatrisin Aligyeriyə verdiyi sualdır: "Sizin tanıtdığınız Tanrıya "Ana” demək olarmı?” Aligyeri isə suala sualla cavab verir, cavabı oxucuların üzərinə buraxır. Mən bir oxucu olaraq çox düşündükdən sonra qəti qərara gəldim – Tanrı elə Anadır! Əziz oxucular, siz də "Qiyamət”dən zühur edəcək həqiqətinizi bulandan sonra bu soruya cavab verərsiniz, Tanrıya "Ana” demək olarmı? 
Kitabın sonunda Beatrislə Aligyeri qovuşur, elmlə sevgi dinin xeyir-duası ilə dünyanı xilas edir.
 
Kitab son günlərin corona dəhşətindən çox öncə yazılıb. Lakin əsəri bu günümüzün güzgüsü kimi oxuyuruq. Müəllif sanki zaman turnesinə çıxaraq gələcəyi görüb və romanı qələmə alıb. "Heç kəsə çıxış, moizə olmaz, nitqinizi dayandırın!”, "Susun və ətrafa səpələnin, bir yerə toplaşmayın” kimi əmrlər corona dan sonra yaranmadımı...
 
"Qiyamət”in redaktoru və ön söz müəllifi Əsəd Cahangirin "Bacarıqlı bir rejissor roman əsasında aktual ideta, kəskin problematika və maraqlı məzmuna malik, baxımlı bir film çəkə bilər” fikri ilə tam razıyam. Zatən bu filmi oxucu sətir-sətir görür, eşidir, bu sətirləri sadəcə kinolentinə köçürmək lazımdır.
Əziz Yazarın bundan əvvəlki yaradıcılığı, xüsusən də "Ağ işıqlı şəhər” romanı diqqətimi çox çəkmişdi, o romandan yazmaq keçirdi ürəyimdən (yenə də "Ağ işıqlı şəhər”in təsirindəyəm). Lakin müəllifin dini-fəlsəfi romandan sonra gerçəkdən doğan fantastikaya baxışı da oxucuları, tənqidçiləri özünə cəlb etməyi bacardı. Şəxsən mən inanmazdım ki, nə zamansa maraqla fantastika oxuyacağam. Bu əsər mənim kimi realizmdən doğan bədiyyət vurğununu özünə bağlamağı bacardısa, inanıram ki, fantastik ədəbiyyatı sevənlərin masaüstü kitabına çevriləcək.  TANRIYA "ANA” DEMƏK OLARMI?..

Əziz Yazarın bundan əvvəlki yaradıcılığı, xüsusən də "Ağ işıqlı şəhər” romanı diqqətimi çox çəkmişdi, o romandan yazmaq keçirdi ürəyimdən (yenə də "Ağ işıqlı şəhər”in təsirindəyəm). Lakin müəllifin dini-fəlsəfi romandan sonra gerçəkdən doğan fantastikaya baxışı da oxucuları, tənqidçiləri özünə cəlb etməyi bacardı.
 
Şəxsən mən inanmazdım ki, nə zamansa maraqla fantastika oxuyacağam. Bu əsər mənim kimi realizmdən doğan bədiyyət vurğununu özünə bağlamağı bacardısa, inanıram ki, fantastik ədəbiyyatı sevənlərin masaüstü kitabına çevriləcək.  
 
İradə Aytel