• cümə, 29 Mart, 11:07
  • Baku Bakı 5°C

Tanınmış hind aktyoru Rişi Kapur vəfat edib

30.04.20 12:55 1037
Tanınmış hind aktyoru Rişi Kapur vəfat edib
Məşhur aktyor və rejissor Rac Kapurun oğlanlarından biri, "Bobbi” filmindəki rolu ilə tanıdığımız aktyor Rişi Kapur 68 yaşında Hindistanda vəfat edib.
AZƏRTACxarici KİV-lərə istinadla xəbər verir ki, Rişi Kapur ötən ilin sentyabr ayında xərçəng xəstəliyindən müalicə aldığı ABŞ-dan vətəninə qayıtmışdı. Fevral ayında səhhətində yaranan problemlə bağlı iki dəfə xəstəxanaya yerləşdirilmişdi.
Bir qədər öncə Hindistanda daha bir məşhur aktyor, "Gecəqondudan olan milyonçu” və "Pi həyatı” filmləri ilə məşhurluq qazanan 54 yaşlı İrfan Khan dünyasını dəyişib. Bir neçə il bundan öncə onda nadir rast gəlinən xəstəlik aşkarlanmışdı.
banner

Oxşar Xəbərlər