• cümə axşamı, 18 aprel, 07:44
  • Baku Bakı 12°C

“TANAP-ın Türkiyə üçün əhəmiyyəti daha da artacaq”

10.10.16 19:12 1879
“TANAP-ın Türkiyə üçün əhəmiyyəti daha da artacaq”
İstanbul Texniki Universiteti kimya mühəndisliyi kafedrasının müəllimi, professor Filiz Karaosmanoğlunun APA-ya müsahibəsi

- Türkiyənin həm prezidenti həm də baş naziri Cənub qaz dəhlizi layihəsindəTANAP-ın önəmini vurğuladılar. Bu barədə siz nə demək istərdiniz?

- Bugünkü çıxışlarda önə çıxan əsas mövzu hidrokarbon ehtiyatları ilə bağlı idi. Qiymətlər aşağı düşsə də, hidrokarbon ehtiyatları öz önəmini daim qoruyacaq. Prezidentimiz çıxışında 3 məsələyə diqqəti cəlb etdi: almaq, nəql etmək, istifadə etmək. Anadolu coğrafiyasının təbii ehtiyatlarla zəngin olmadığını bilirik, bizim təbii qazımız və neftimiz yoxdur. Ancaq biz qazı da, nefti də həm alırıq, həm də istifadə edirik. Geostrateji mövqeyimiz etıbarilə Xəzər dənizi hövzəsi ölkələriylə birlikdə Avropa Birliyi üçün böyük önəm kəsb edə bilərik. Buraya texnologiyanı da əlavə etsək, AB üçün təbii sərvətlərin nəqli baxımından da çox önəmli ölkə olacağıq. Maye təbii qaz da Türkiyə üçün çox önəmlidir. Bu baxımdan tikintisi davam etməkdə olanTANAPlayihəsinin Türkiyə üçün əhəmiyyəti daha da artacaq və istehlakçılar üçün həlledici rol oynayacaq.

- Prezident Ərdoğan Türkmənistan təbii qazının daTANAP-a əlavə edilməsinə isti yanaşdıqlarını dedi. Bununla bağlı sizin fikriniz necədir?

- Fikrim çox müsbətdir. Biz malı müxtəlif mənbələrdən almalıyıq ki, həm maya dəyəri aşağı düşsün, həm də eyni yerdən asılı olmayaq. Azərbaycan bizim qardaşımızdır, enerjini təhlükəsiz nəql etmək üçün lazım olan hər işi birlikdə görürük. Ancaq Türkmənistanın qazı da burada bizim üçün alternativlərdən biridir Xəzər hövzəsindəki hidrokarbon ehtiyatlarının Avropaya Türkiyə üzərindən nəql edilməsi bizim üçün çox önəmlidir. Ona görə də, burada enerji diplomatiyasının əhəmiyyəti bir daha ortaya çıxır.

- Azərbaycan prezidenti enerji sahəsində Türkiyəyə qoyduqları investisiyanın 20 milyard dollara çatdığını bəyan etdi. Bunu necə dəyərləndirirsiniz?

- Bunu əla bir iş kimi görürəm. Mən neft-kimya müəllimi kimi həm ARDNŞ-i, həm də PETKİM-i yaxından izləyirəm. Hal-hazırda dünyada tikintisi uğurla davam edən yeganə neftayırma zavodu İzmirin Əliağa yarımadasındakı Star zavodudur. Zavodun şöbə müdirlərindən biri olan Filiz Karadağ mənim tələbəmdir, buna görə özümü xoşbəxt hiss edirəm. Gələn həftə onlar qonaq tələbə kimi mənim dərsimə gələcəklər. Hörmətli Əliyev çox mənalı mesajlar verdi. Bizlər üçün Orta Asiyanın yeri ayrıdır. Ancaq Bakının qəlbimizdəki yeri tamamilə başqadır. Əliyev neftin tarixinin Bakıda başladığını dedi. Bu, mənə İkinci Dünya müharibəsini xatırlatdı. O vaxtdan bəri hər kəsin gözü Xəzər dənizinin hidrokarbon mənbələrindədir. Ona görə mən qardaş Azərbaycan neftçilərini salamlayıram.
banner

Oxşar Xəbərlər