TANAP Azərbaycanın xaricdəki dəyərli aktivi və yeni tanıtım nişanı olacaq
Ekspertlərin fikrincə, kəmər Azərbaycana gəlir gətirən ən önəmli
layihələrdən olacaq
Onu da qeyd edək ki, Rusiya "Türk axını”nı bitirib 2017-ci ilin əvvəlindən bu marşrutla Avropaya qaz ötürməyi düşünürdü. İndi isə 2020-ci il gəlir, Azərbaycan qazı Avropaya gedəcək, "Türk axını” marşrutu isə hələ də tikilir. Və yaxud, Xəzərin o tayında Türkmənistan 2015-ci ildə TAPİ deyilən miqyaslı - buraxıcılıq gücü ildə 33 milyard kubmetr olan qaz infrastrukturunun tikintisinə start verdi və işlər 2018-də başa çatmalı idi. Həmin boru xətti ilə bu ildən başlayaraq Əfqanıstan- Pakistan-Hindistan marşrutu üzrə qaz getməli idi. Amma bu günə qədər heç Türkmənistan ərazisində qaz kəməri tikilib başa çatmayıb”.
BƏXTİYAR
Azərbaycan Cənub Qaz Dəhlizi çərçivəsində növbəti regional layihənin
tamamlanmasına nail oldu. Artıq TANAP layihəsi başa çatıb və noyabrın sonunda
açılışı gözlənilir. Bu layihənin işə düşməsi ilə Azərbaycan qazı Türkiyəyə,
oradan isə Avropaya nəql olunacaq. Onu da qeyd edək ki, TANAP layihə kimi iki
yerə bölünüb – Əskişəhərdən İpsalaya qədər və sonrakı mərhələ. Türkiyəyə qazın
nəqlini nəzərdə tutan və Əskişəhərə kimi olan layihənin birinci hissəsi ötən il
yekunlaşıb. Bu layihənin son mərhələsi TAP-ın açılışında isə Azərbaycan
Prezidenti İlham Əliyev və Türkiyəli həmkarı Rəcəb Tayyib Ərdoğanın iştirakı
gözlənilir.
Xatırladaq ki, TANAP boru xətti ilə Türkiyəyə artıq 3 mlrd. kub
metrdən çox qaz ixrac olunub. Avropaya qazın nəqli isə artıq gələn ildən - TAP
layihəsi başa çatdıqdan sonra başlayacaq. TANAP-ın ilkin qaz buraxma gücü il
ərzində 16 mlrd. kubmetr götürülür. Bu həcmin təqribən 6 mlrd. kubmetri
Türkiyəyə, yerdə qalanı isə Avropaya nəql ediləcək. Lakin perspektivdə boru
xəttinin gücü il ərzində 24, sonra isə 31 mlrd. kubmetrə çatdırıla bilər. Mövzu ilə bağlı "Kaspi” qəzetinə açıqlamasında Milli Məclisin deputatı Tahir Rzayev bildirdi ki, TANAP layihəsi
Avropanın enerji təhlükəsizliyində mühüm rola malikdir: "Azərbaycan, Gürcüstan
və Türkiyədən keçən qaz boru kəməri Avropaya qədər uzanır ki, bu da çox böyük
əhəmiyyət kəsb edir. Bu layihə Azərbaycanın iqtisadiyyatı, beynəlxalq aləmdə
tanınması baxımdan mühüm rol oynayır. Eyni zamanda, bu layihə Azərbaycanın
digər ölkələrlə əməkdaşlığının genişləndirəcək. Ən əsası isə bu layihə ölkə
vətəndaşının rifah halının yüksəldilməsi üçün çox əhəmiyyətlidir. Çünki bu
layihədən küllü miqdarda qazanc əldə olunacaq. Onu qeyd edim ki, beynəlxalq
əhəmiyyətli bu cür layihələr Azərbaycanı dünyada tanıdır, ölkəmizin mövqeyini
möhkəmləndirir. Əlbəttə ki, bu layihələr olmasaydı, Azərbaycan bu qədər inkişaf
edə, dünyada öz sözünü deyə bilməzdi. Məhz BTC, TANAP kimi layihələr
Azərbaycanın dünyadakı nüfuzunu yüksəldir. Ölkəmizlə bağlı həqiqətlərin dünyaya
yayılmasına kömək edir”.
T.Rzayev qeyd etdi ki, TANAP-la bağlı birtərəfli səsləndirilən
fikirlər Azərbaycanı istəməyən qüvvələr tərəfindən gündəmə gəlir: "Bütün
ölkələr özünün iqtisadi inkişafı üçün daim rəqabətdə olmalıdır. Bizim digər
ölkələrlə bu məsələdə rəqabətə girməyimiz və bundan qələbə qazanmağımız
uğurumuzdur. Əgər biz beynəlxalq layihələrdə uğur qazana bilməsək, onda
Azərbaycan vətəndaşının rifah halı yaxşı olmayacaq, ölkə inkişaf etməyəcək”.
Neft Araşdırmaları
Mərkəzinin rəhbəri İlham Şaban bildirdi ki, TANAP olmasaydı Azərbaycan qazının
xaricə ixracı mümkün olmayacaqdı: "Çox güman ki, Cənub Qaz Dəhlizi də
olmayacaqdı və ya onun reallaşması elə Nabucco kimi hələ bir onillik də
danışıqlar predmeti olaraq qalacaqdı. Məsələnin bir balaca tarixinə gedək.
Avropanın siyasi və iqtisadi dairələri əslində adı opera tamaşasından götürülmüş
Nabucco-nu gerçəkləşdirmək yox, onun vasitəsilə bazara səs salmaq niyyətində
idilər. Məqsəd isə Rusiya kimi qaz çəlləyinin imkanlarından XXI əsrdə daha
əlverişli şərtlərlə istifadə etmək imkanı əldə etmək idi. Sonrakı dövr göstərdi
ki, Qərb maliyyə siyasətində həddən ziyadə zirəngdir və Rusiyanın ona çatması
mümkünsüzdür. Çünki kapital ölkəsi deyil, ona malik olmağa can atır, bu isə
fərqli kateqoriyalardır.
Məsələ ondadır ki, rəsmi Bakı vaxtında "enerji oyununun
nəbzini" duya bildi və 2011-ci ilin sonunda Qərb üçün gözlənilməz bir
addım atdı və qardaş Türkiyə ilə birgə infrastruktur tikəcəyini bəyan etdi. Onu
da qeyd edim ki, Azərbaycan uğurla irəliləyə bildi. Dünya enerji bazarında
2015-ci ildə qiymətlər dəfələrlə azalanda iş yerləri ixtisarlar olunurdu,
kapital xərcləri minimuma endirilirdi. Məhz həmin ildə TANAP-ın fiziki tikinti işlərinə start verildi. O zaman qonşu Rusiya
mətbuatında TANAP əleyhinə nə qədər yazılar gedirdi. Hətta qonşu dövlətlərin
rəhbərləri Azərbaycanın adını çəkmədən deyirdi ki, Avropa alternativ mənbədən
qaz almaq istəyir, baxaq görək ala biləcəkmi? Niyə belə deyilirdi? Onu da qeyd edək ki, Rusiya "Türk axını”nı bitirib 2017-ci ilin əvvəlindən bu marşrutla Avropaya qaz ötürməyi düşünürdü. İndi isə 2020-ci il gəlir, Azərbaycan qazı Avropaya gedəcək, "Türk axını” marşrutu isə hələ də tikilir. Və yaxud, Xəzərin o tayında Türkmənistan 2015-ci ildə TAPİ deyilən miqyaslı - buraxıcılıq gücü ildə 33 milyard kubmetr olan qaz infrastrukturunun tikintisinə start verdi və işlər 2018-də başa çatmalı idi. Həmin boru xətti ilə bu ildən başlayaraq Əfqanıstan- Pakistan-Hindistan marşrutu üzrə qaz getməli idi. Amma bu günə qədər heç Türkmənistan ərazisində qaz kəməri tikilib başa çatmayıb”.
İ.Şaban vurğuladı ki, Azərbaycanın tərəfdaşları ilə birgə ölkə
sərhədlərindən kənarda meqa bir infrastrukturu zamanında reallaşdırması
təqdirəlayiq bir hadisədir: "Özü də təkcə ona görə yox ki, layihənin
reallaşdırılması zamanı 5 milyard dollar kapital qoyuluşuna qənaət edildi. Əsas
qazanc qarşıdadır və ilk dəfə Azərbaycan Dövlət Neft Şirkəti xaricdə boru
kəmərinin operatoru rolunda çıxış edirdi və TANAP - Azərbaycanın xaricdəki
dəyərli aktivi və yeni tanıtım nişanı olacaq. TANAP Azərbaycana gəlir gətirən
ən önəmli layihə olacaq. Onun gəlirlərinin Bakı-Tbilisi-Ceyhanın Azərbaycana
gətirdiyi dividentlərdən çox olacağı istisna edilmir. Qeyd edim ki, BTC hazırda Azərbaycana
illik 100
milyon dollar ətrafında divident gətirir. TANAP-dan götürüləcək gəlirlər isə bundan
6-7 dəfə çox olması planlaşdırılır”.
BƏXTİYAR