AZƏRBAYCANDA KORONAVIRUSLA BAĞLI XƏBƏRLƏR

Talış kəndi ətrafındakı əlverişli yüksəkliklər düşməndən təmizlənib

Talış kəndi ətrafındakı əlverişli yüksəkliklər düşməndən təmizlənib

Təfsilat
28 Sentyabr 2020, 10:00 716
Xeyli düşmən qüvvəsi məhv edilib 
 
Ermənistan silahlı qüvvələrindən azad edilən yüksəkliklərdən və əlverişli mövqelərdən hərəkətə keçən Azərbaycan Ordusunun bölmələri əldə olunmuş müvəffəqiyyəti artırmaq məqsədilə əks-hücum əməliyyatını davam etdirir.

Müdafiə Nazirliyindən verilən məlumata görə, düşmənin müqavimət göstərdiyi mövqelərə raket-artilleriya və aviasiya zərbələri endirilməklə, o sıxışdırılaraq əldə saxlamaq istədiyi hədlərdən geri çəkilməyə məcbur edilir.

Talış kəndi ətrafındakı bir neçə əlverişli yüksəklik işğalçı qüvvələrdən təmizlənib, düşmən xeyli itki verib.