• cümə axşamı, 25 aprel, 13:32
  • Baku Bakı 23°C

Tahir Mirkişili: Prezidentin tapşırığı vətəndaşlara əlavə dəstək olacaq

25.12.16 18:47 892
Tahir Mirkişili: Prezidentin tapşırığı vətəndaşlara əlavə dəstək olacaq
Tarif Şurasının təbii qaz və elektrik enerjisindən istifadəyə görə güzəştli limitlərin artırılması barədə qərarı istehlakçılara dövlət başçısının qayğısının daha bir nümunəsidir.
Bu barədə Trend-ə açıqlamasında millət vəkili Tahir Mirkişili bildirib.
Millət vəkili bildirib ki, iqtisadi çətinliklərə baxmayaraq bütün sahələrdə sosial təminatın gücləndirilməsi siyasətini yürüdən Azərbaycan Prezidentinin bu tapşırığı vətəndaşlara əlavə dəstək olacaq.
Qeyd edək ki, Azərbaycan Prezidentinin tapşırığı ilə Tarif (qiymət) Şurasının yeni qərarına əsasən, əhali üzrə aylıq elektrik enerjisi istehlakı 300 kilovat-saatadək olan istehlakçılar üçün dəyişdirilməyərək mövcud 7 qəpik səviyyəsində saxlanılıb, aylıq istehlak həcminin 300 kilovat-saatdan çox olan hissəsi üçün isə 11 qəpik müəyyənləşdirilib.
Təbii qazın pərakəndə satış tarifi isə əhali üzrə illik istehlak həcmi 1700 kubmetrədək olan istehlakçılar üçün dəyişdirilməyərək bir kubmetr üçün mövcud 10 qəpik səviyyəsində saxlanılıb, illik istehlak həcminin 1700 kubmetrdən çox olan hissəsi üçün isə 20 qəpik müəyyənləşdirilib.
Xatırladaq ki, noyabrın 28-də Tarif (qiymət) Şurasının qərarı ilə elektrik enerjisinin bir kilovat-saat üçün topdansatış tarifi 5,7 qəpik təsdiq edilmiş, pərakəndə satış tarifi isə sosial siyasətə uyğun olaraq, əhali üzrə aylıq elektrik enerjisi istehlakı 250 kilovat-saatadək olan istehlakçılar üçün dəyişdirilməyərək mövcud 7 qəpik səviyyəsində saxlanılmış, aylıq istehlak həcminin 250 kilovat-saatdan çox olan hissəsi üçün isə 11 qəpik müəyyənləşdirilmişdi.
Eləcə də təbii qazın pərakəndə satış tarifi əhali üzrə illik istehlak həcmi 1500 kubmetrədək olan istehlakçılar üçün dəyişdirilməyərək bir kubmetr üçün mövcud 10 qəpik səviyyəsində saxlanılmış, illik istehlak həcminin 1500 kubmetrdən çox olan hissəsi üçün isə 20 qəpik müəyyənləşdirilmişdi.
banner

Oxşar Xəbərlər