• şənbə, 20 Aprel, 06:14
  • Baku Bakı 14°C

Tahir Mirkişili: "Banklarda kredit faizləri yüksəkdir"

15.12.20 11:39 398
Tahir Mirkişili: "Banklarda kredit faizləri yüksəkdir"
Azərbaycan Mərkəzi Bankında hazırda yeni qanun layihəsi barədə aktiv iş gedir.
APA-nın məlumatına görə, bunu Milli Məclisin bu gün keçirilən iclasında deputat, Tahir Mirkişili deyib.
Deputat bildirib ki, banklarda kredit faizləri yüksəkdir: "Biz də istərdik ki, kredit faizləri birrəqəmli olsun. Bunun üçün banklarda olan sərbəst vəsaitlərin bazara sərbəst transferini təmin etmək lazımdır. Hazırda bank sistemi ilə bağlı Mərkəzi Bankda yeni qanun layihəsi üzərində iş gedir. Bu qanun layihəsi qəbul ediləndə bank kreditlərinə daha yaxşı çıxış imkanları yaradacaq".

banner

Oxşar Xəbərlər