• cümə, 29 Mart, 18:35
  • Baku Bakı 14°C

Tahir Budaqova “Əməkdar dövlət qulluqçusu” fəxri adı verilib

18.11.17 18:19 3360
Tahir Budaqova “Əməkdar dövlət qulluqçusu” fəxri adı verilib
Prezident İlham Əliyev "Əməkdar dövlət qulluqçusu” fəxri adının verilməsi haqqında sərəncam imzalayıb.

APA-nın məlumatına görə, dövlət qulluğunda uzunmüddətli səmərəli fəaliyyətinə görə Budaqov Tahir Yaqub oğlu və Qəhrəmanova Sədaqət Məmmədyar qızına "Əməkdar dövlət qulluqçusu” fəxri adı verilib.

Dövlət başçısının digər sərəncamı ilə Hüseynov Tofiq Həsən oğlu və İmamverdiyev Sudeyif Bəşir oğluna Azərbaycan Respublikasının ictimai-siyasi həyatında xidmətlərinə görə fərdi təqaüdü təyin edilib.
banner

Oxşar Xəbərlər