Tacikistan nümayəndə heyəti Azərbaycan təcrübəsi ilə tanış olub
Tacikistanın
İnvestisiyalar və Dövlət Əmlakının İdarə Edilməsi üzrə Dövlət Komitəsinin sədr
müavini Nigina Anvarinin rəhbərlik etdiyi nümayəndə heyəti sahibkarlıq sahəsində yoxlamaların tənzimlənməsi və
sahibkarların maraqlarının müdafiəsi sahəsində Azərbaycan təcrübəsini öyrənmək
məqsədi ilə İqtisadiyyat Nazirliyində (İN) olub. İN mətbuat xidmətindən "Kaspi"yə bildirilib ki,Tacikistan nümayəndə heyəti ilə görüşdə iqtisadiyyat
nazirinin müavini Sahib Məmmədov Azərbaycan Respublikası Prezidentinin
islahatlar paketi çərçivəsində həyata keçirilən tədbirlər, o cümlədən ölkəmizdə biznes mühitinin yaxşılaşdırılması,
sahibkarlıq subyektlərində yoxlamaların tənzimlənməsi ilə bağlı həyata keçirilən
tədbirlər barədə ətraflı məlumat verib. Görüşdə həmçinin, Tacikistan nümayəndə
heyəti üçün Azərbaycanda sahibkarlığın inkişafı barədə təqdimat keçirilib,
qonaqları maraqlandıran suallar cavablandırılıb.